"O dünyanı görüb gəldim"


Şou-biznes 31 May 2025 21:16:00 98 0

"O dünyanı görüb gəldim"

Müğənni Ayaz Qasımov atasının səhhətində ciddi problem yarandığını deyib. 

Son.az xəbər verir ki, sənətçi "İncə səhər" proqramında atasının əməliyyat olunduğunu və ağır günlər keçirtdiyini etiraf edib:

"Atam açıq ürək əməliyyatı keçirtdi. İnsanın valideyni qiymətli, əzizdir. 4 ay ciddi çətinliklər, narahatlıqlar oldu. Mənim üçün xoş oldu ki, atam yenidən həyata qayıtdı. Gedib o dünyanı görüb gəldim. Artıq stressdən, problemdən qaçıram.