"Efir bitən kimi otağıma keçib hönkürhönkür ağladım, bundan şou düzəltmədim"
Şou-biznes 28 May 2025 11:00:00 124 0
"Bildiklərim nəinki kitablara, dastanlara, cild-cild xatirələrə sığmaz"
"Həmin verilişlərdir elə bu cəmiyyətə neqativi ötürən. Şəki bölgəsində belə bir deyim var: Dəyirman öz işində, çax-çax baş sındırır..."
Son.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında teleaparıcı Yusif Ağayev deyib.
O, efirə gedən bəzi verilişlərdən gileylənib:
"1-2 ağzıgöyçəklər çıxıb deyəcəklər ki, Yusif Ağayev teleefirdə deyil, gündəm naminə müsahibə verir. Amma mən 28 ildir televiziya və radio məkanındayam. Görüb bildiklərim nəinki kitablara, dastanlara, bəlkə də cild-cild xatirələrə sığmaz".
Aparıcı bildirib ki, indi elə bir dövrdür ki, insanlar öz ölüsünü efirdə müzakirə edib şou düzəldirlər: