"Kiralık aşk"ın aktrisasının beynində şiş aşkarlanıb? AÇIQLAMA


Şou-biznes 29 May 2025 16:10:00 90 0

"Kiralık aşk"ın aktrisasının beynində şiş aşkarlanıb?  AÇIQLAMA

Türkiyəli aktrisa Elçin Sanqu haqqında yayılan səhhətinə dair iddialar sosial mediada və mətbuatda geniş rezonans doğurub.

Son.az türk mediasına istinadla xəbər verir ki, mayın 16-da bəzi xəbər portallarında Sanqunun beynində kütlə aşkarlanması və bunun üçün xaricdə müalicə aldığı barədə məlumatlar yer alıb. Bu iddialar pərəstişkarları və yaxın ətrafında ciddi narahatlıq doğurub.

Məşhur aktrisa yayılan xəbərlərlə bağlı nəhayət səssizliyini pozub. Sosial media hesabında paylaşım edən Elçin Sanqu yayılan məlumatları qəti şəkildə təkzib edib:

"Bu barədə daha əvvəl də burada yazmışdım, amma bir daha deyim: bu söz-söhbətlər doğru deyil. Səhhətim çox yaxşıdır" .