Tiktoker "Vaqa" barəsində qərar verildi
Şou-biznes 30 May 2025 14:36:00 80 0
Narkotik ittihamı ilə həbs edilən daha bir tiktoker Vüqar Zeynalzadə (Vaqa) azadlığa buraxılıb.
Bu haberi de oku: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.
Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.