"Bağışlayın, ancaq bu şəkli paylaşmalıyam" Əməliyyat qurbanı olan bloqer FOTO
Şou-biznes 29 May 2025 11:33:00 88 0
Sosial şəbəkədəki paylaşımları ilə tanınan Danla Biliç üç il əvvəl etdirdiyi bud dolğusu səbəbilə yaşadığı sağlamlıq problemləri fonunda dolğunun bədənindən çıxarılması üçün əməliyyat olunub.
Bu haberi de oku: "Yeşilçam"ın ulduzu ilə bağlı üzücü XƏBƏR FOTO
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fenomen adlandırılan Biliç sosial media hesabında bu müddət ərzində yaşadıqlarını izləyiciləri ilə bölüşüb. O, əməliyyat zamanı bədənindən çıxarılan dolğu miqdarını görərkən özü də şoka düşdüyünü deyib.
"Bağışlamanızı rica edərək paylaşmaq istəyirəm" sözləri ilə yayımladığı görüntülər izləyicilər arasında böyük səs-küyə səbəb olub.
Bundan əvvəl verdiyi açıqlamada Danla Biliç həmin müdaxilənin riskləri barədə ona məlumat verilmədiyini, bu səbəblə peşmanlıq yaşadığını bildirmişdi. O, izləyicilərini "Bədən dolğusu əsla etdirməyin" sözləri ilə xəbərdar etmişdi.