"Yeşilçam"ın ulduzu ilə bağlı üzücü XƏBƏR FOTO


Şou-biznes 30 May 2025 18:27:00 92 0

"Yeşilçam"ın ulduzu ilə bağlı üzücü XƏBƏR  FOTO

"Yeşilçam"ın ulduzu Sezer Güvenirgil sağlamlıq problemləri ilə üzləşib.

Son.az türk mediasına istinadla xəbər verir ki, "Yeşilçam"ın qızıl dövrünə damğa vuran və 90-cı illərin məşhur serialı "Bücür Cadı" ilə "Şehriyə Teyze" kimi tanınan aktrisa Sezer Güvenirgildən üzücü xəbər gəlib. Belə ki, uzun müddət ictimaiyyətin diqqətindən kənarda olan aktrisa hazırda xəstəxanada müalicə alır.

1960-70-ci illərdə Türkiyə kino sənətində önəmli yer tutan Sezer Güvenirgil 1966-cı ildə Türkiyə Gözəllik Yarışmasında üçüncü, eləcə də həmin il "Səs" jurnalının Kino Sənətçisi Yarışmasında birinci seçilib. 1963-cü ildə başlayan aktrisalıq karyerası ərzində çoxsaylı filmlərdə rol alan sənətçi 1999-cu ildə "Bücür Cadı" serialı ilə televiziya dünyasına keçərək yeni nəsil izləyicilərin sevgisini qazanıb.