Nikol Kidmanın özü ilə bağlı peşmanlığı BUDUR FOTO
Şou-biznes 30 May 2025 06:06:00 99 0
Məşhur Hollivud aktrisası Nikol Kidman uzun illər ərzində təbii qıvrım saçlarını düzləşdirdiyinə görə peşman olduğunu dilə gətirib.
Bu haberi de oku: Şəbnəm makiyajsız belə görünür VİDEO
Son.az-ın xəbərinə görə, bu barədə aktrisa "Allure" jurnalına müsahibəsində səmimi etiraf edib.
"Oskar" mükafatına sahib 57 yaşlı aktrisa gələcək həyat yoldaşı Tom Kruzla birlikdə rol aldığı "İldırım günləri" (1990) filminin çəkilişləri zamanı olan saç düzümünü nostalji ilə xatırlayıb. Məhz bu filmdə tamaşaçılar aktrisanı təbii qıvrım buruqları ilə görə bilirdilər.
"Orada saçlarımı çox sevirdim. Bu mənim təbii saçlarımdır. Bütün kiçik qızlara məsləhətim verirəm. Mənim izimlə getməyin və saçlarınızı düzləşdirməyin", - deyə Nikol Kidman emosional şəkildə qeyd edib.
Eyni müsahibədə Nikol Kidman təbii qıvrımlarına qayıtmağın mümkünlüyünü istisna etməyib. Kidmanın sözlərinə görə, bunun üçün etməli olduğu tək şey nəm saçlarına "düzgün məhsul" tətbiq etməkdir. /Oxu.Az