Hamının subay bildiyi Namiq 6 ay əvvəl boşanıbmış
Şou-biznes 27 May 2025 11:53:00 60 0
Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
Bu haberi de oku: Anasının məzarından FOTOlarını paylaşdı
Son.az xəbər verir ki, söz ustası ilk qurduğu ailəsi barədə maraqlı etiraf edib.
"Bir gün" verilişində 6 ay öncə boşandığını deyən sənətçi təəccübə səbəb olub:
"Qızım 18 yaşın içindədir. Çox savadlı ağıllı və tərbiyəlidir. 3 dil bilir. Öz savadı ilə universitetə qəbul olub. Ailəmi çəkdirib, efirdə göstərmək istəmirəm. Keçmiş xanımla bir-birimizə hörmətimiz var. 6 ay bundan qabaq boşanmışam.18 il sonra bu, rəsmi şəkildə baş tutdu. Hər dəfə nəsə iş çıxırdı, işi rəsmiyyətə bağlaya bilmirdik. Qeydiyyatda ayrı yerdə olmağım, 10 il hər gün veriliş apardığıma görə vaxt tapa bilmirdim. Rəhmətlik atam da deyirdi ki, övladınız var, barışın. Hər şey ola bilər, ancaq 18 ildir barışıq olmayıbsa, bu, çətindir.