Tanınmış fenomen gəlinini qızıl içində “boğdu” VİDEO


Şou-biznes 27 May 2025 11:18:00 70 0

Tanınmış fenomen gəlinini qızıl içində “boğdu”  VİDEO

Sosial mediada dəbdəbəli həyat tərzi və rəngarəng çıxışları ilə tanınan məşhur müğənni və fenomen Murat Övüç bu dəfə oğlu Burak Canın toy məclisi ilə gündəmə gəlib.

Son.az xəbər verir ki, Övüç gəlininə etdiyi qiymətli hədiyyələrlə sosial medianın diqqət mərkəzinə düşüb.

Keçirilən nişan mərasimində də gəlini Leyla Tuğçeyə 2 kilo qızıl hədiyyə etməsi ilə səs-küyə səbəb olan Murat Övüç bu dəfə də zinət mərasimində şou göstərib.

O, toy mərasimində gəlini Leyla Tuğçeyə Hörmə dəsti, Trabzon bükümü, çox sayda qolbaqlar hədiyyə edib.