Məhkəmə Hüseynlə bağlı qərar verdi


Şou-biznes 27 May 2025 21:48:00 124 0

Məhkəmə Hüseynlə bağlı qərar verdi

Moskva məhkəməsi 170 milyon rublu vergidən yayındırmaqda təqsirləndirilən azərbaycanlı bloqer Hüseyn Həsənovun barəsində çıxarılan qiyabi həbs qərarını qanuni hesab edib.

Son.az TASS-a istinadən xəbər verir ki, onun apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Hüseyn 2019-2021-ci illəri əhatə edən dövrdə vergi ödəməməkdə, eləcə də cinayət yolu ilə əldə olunan külli-miqdarda vəsaitin leqallaşdırılmasında təqsirləndirilir.  Son.az