İlhamə Quliyeva kimin həyat yoldaşı olub? sənətkar haqda maraqlı


Şou-biznes 27 May 2025 08:48:00 68 0

İlhamə Quliyeva kimin həyat yoldaşı olub?  sənətkar haqda maraqlı

Xalq artisti İlhamə Quliyeva haqqında materialı təqdim edirik.

İlhamə Quliyeva harada anadan olub?

Son.az xəbər verir ki, İlhamə Quliyeva 1943-cü il avqustun 17-də Lənkəranda doğulub. Atası prokuror Məzahir Quliyev, anası xanəndə Tükəzban İsmayılovadır.

Atasının işi ilə əlaqədar 5 yaşına qədər Şəkidə yaşayıblar. Lakin az müddətdən sonra onun valideynləri ayrılır. Tükəzban İsmayılova tarzən Həbib Bayramov ilə ailə həyatı qurur.

1-ci sinfə Bakıda gedən İlhamə Quliyeva eyni zamanda fortepiano ifaçılığı üzrə təhsil almağa başlayır.

İlhamə Quliyevanın ailəsi

O, doğma atası və atalığı haqqında müsahibələrinin birində belə deyir:

"Quliyeva İlhamə Məzahir qızıyam. Şöhrət ordeni təqdim ediləndə atamın adı Həbib yazıldı. Həbib Bayramov beş yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda doğulmuşam. Mənə var-dövlət ailəmdən qalıb. Sonradan görənlərdən deyiləm. Hər iki ailənin tək qızı olmuşam. Miraslar üst-üstə yığılıb, mənə verilib".

O, orta məktəbi bitirəndən sonra təhsilini musiqi sahəsi üzrə davam etdirmək istəyir, ancaq Tükəzban xanım da, Həbib müəllim də qəti şəkildə etiraz edirlər.

İlhamə Quliyeva 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. 1962-ci ildə Moskvada Ümumittifaq Tələbə Festivalında birinci yer tutur.

Dövlət Teleradio Komitəsi Estrada Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Tofiq Əhmədov onu kollektivə dəvət edir.

1963-cü ildə Zinyət Əlizadənin dəstəyi ilə ailəsindən xəbərsiz universitetin "Sevinc" estrada ansamblında çıxışlar etməyə başlayır. 1964-cü ildə Moskvadakı universitetlər arası ümumittifaq gənc istedadlar müsabiqəsində iştirak etmək üçün Moskvaya gedir. Anası Tükəzban xanım elə bilir ki, qızı festivala tamaşaçı kimi gedib. Orada Rauf Hacıyevin "Azərbaycanım", Tofiq Quliyevin "İlk görüş" mahnılarını ifa edir və yarışmanın qalibi olur.

1972-ci ildə, Moskvada keçirilən Azərbaycan bəstəkarlarının gecəsindən sonra Fikrət Əmirov onunla görüşür və ona yaxşı mahnılar yazacağını deyir. Və beləcə "Mən səni araram", "Göygöl", "Gülür ellər", "Gülərəm gülsən", "De görüm, neyləmişəm" kimi mahnılar bəstələnir.

İlhamə Quliyeva kiminlə evli olub?

İlhamə Quliyeva 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurur. Ancaq bu evliliyin ömrü çox qısa olur. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. İlhamə Quliyeva ikinci dəfə ailə qurmur.

Sənətçi Süleyman Rüstəmin, Teymur Elçinin, Vaqif Səmədoğlunun, Baba Vəziroğlunun, Vahid Əzizin, Xanım İsmayılqızının, hətta Uilyam Şekspirin sözlərinə mahnı oxuyub.