Trampın Putini tənqid etməsinə Kremldən CAVAB


Dünya 26 May 2025 16:26:00 98 0

Trampın Putini tənqid etməsinə Kremldən CAVAB

Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizliyi naminə zəruri addımlar atır.

Son.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Putini tənqid etməsi ilə bağlı keçirilən brifinqdə bildirib. O, Kiyevin Qələbə günü ərəfəsində liderləri təhdid etdiyini və pilotsuz təyyarələrlə hücum cəhdlərinin davam etdiyini vurğulayıb:

Tramp Putini hədələdi

"Prezident Rusiyanın təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərir", - deyə Peskov qeyd edib.

Kreml sözçüsü əlavə edib ki, Moskva ABŞ-ın və Trampın Ukrayna ilə danışıqların başlamasında göstərdiyi yardımı yüksək qiymətləndirir. Bununla belə, hazırda emosional gərginliyin artdığı bir dövr yaşandığını da vurğulayıb.