"Toyota Alphard"da təhlükə aşkarlandı –


Digərləri 24 May 2025 12:24:00 53 0

"Toyota Alphard"da təhlükə aşkarlandı –

Toyota Rusiyada satılmış bəzi Alphard mikroavtobuslarını geri çağırdığını açıqlayıb. 

Son.az rus mediasına istinadla xəbər verir ki, bu barədə Federal Texniki Tənzimləmə və Metrologiya Agentliyi (Rosstandart) məlumat yayıb.

Məlumata görə, geri çağırılma 2020-ci il sentyabrın 30-dan 2021-ci il martın 31-dək Rusiya bazarında satılmış 195 ədəd Toyota Alphard modelinə şamil edilir.

Rosstandartın açıqlamasında qeyd olunur ki, avtomobillərdə ön kapot qəlibinin bərkidilməsində dizayn uyğunsuzluğu aşkar edilib. Temperatur dəyişiklikləri səbəbindən kapotun qəlibi deformasiyaya uğraya, bu isə çatlara və zəifləməyə, hətta qəlibin qopmasına gətirib çıxara bilər. Belə bir nasazlıq yol hərəkətində təhlükə yarada bilər.