Bu dietik maddə kişiləri sonsuzlaşdırır Araşdırma


Digərləri 24 May 2025 10:00:00 59 0

Bu dietik maddə kişiləri sonsuzlaşdırır  Araşdırma

Yəni, indi “pəhriz saxlayıram, şəkərdən uzağam” deyə sevindiyiniz bu maddə bəlkə də, sizdən gələcək ata olma şansınızı da alır

Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib.

Son.az xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübə zamanı sperma keyfiyyətinin azaldığı, hormonal balansın pozulduğu və xayalarda toxuma zədələnməsi müşahidə olunub.

Alimlər qeyd edir ki, istifadə olunan doza real həyatda insanın qəbul edəcəyindən çox olub. Amma bu, məsələni kiçiltmək üçün bəhanə deyil. Süni maddələrin təhlükəsizliyi illərdir müzakirə mövzusudur və bu tip işlər bir daha sübut edir ki, "kalorisiz şirinlik" heç də riskdən azad deyil.

Digər tərəfdən, kişilərdə sonsuzluq artıq qlobal problemə çevrilib. ABŞ-də cütlüklərin 15%-ə qədəri övlad sahibi ola bilmir və bu halların yarısında səbəb kişi faktoru olur. Üstəlik, 1970-ci illərdən bu yana sperma sayının 50%-dən çox azaldığı deyilir. Səbəblər çoxdur: stres, qidalanma, elektromaqnit şüalanma, siqaret, alkoqol və indi də bu tip süni əlavələr.