"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı
Digərləri 24 May 2025 11:30:00 75 0
Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.
Bu haberi de oku: Üçüncü övladını dünyaya gətirmişdi 13 gün sonra ÖLDÜ
Son.az xəbər verir ki, konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin təşkilatçısı "Sağlamlığın Qorunması" İctimai birliyinin sədri, Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdiyevadır. Qeyd edək ki, konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirin əsas istiqamətlərindən biri də piylənmənin yaratdığı sağlamlıq fəsadlarına - ürək-damar, endokrin və digər sistem xəstəliklərinə diqqət çəkmək, ictimai maarifləndirməni gücləndirməklə risk faktorlarının azaldılmasına töhfə verməkdir. Tədbir zamanı "Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları", "Artıq çəki və piylənmə - ürək-damar xəstəliklərinin risk amilləri", "Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri", Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol" və s. mövzuları ətrafında müzakirələr aparılır.