"BYD" "Tesla"nı çökdürür
Digərləri 23 May 2025 10:25:00 94 0
Çinin "BYD" şirkəti aprel ayında Avropada 7 min 231 elektrikli maşın satıb və "Tesla"nı geridə qoyub.
Son.az xəbər verir ki, "JATO Dynamics"in məlumatına görə BYD-nin satışları ötən illə müqayisədə 169% artıb. "Tesla"nın satışları isə 49% azalaraq 7 min 99-a düşüb. Beləliklə, BYD ilk dəfə Avropada Tesla-dan çox maşın satıb.
Plug-in hibrid modellər də daxil edildikdə BYD-nin satışları daha da artıb və Tesla ilə fərq böyüyüb.
Analitik Felip Munyos bildirib ki, "BYD"nin bu uğuru Avropa bazarında dönüş nöqtəsidir. Tesla illərlə lider idi, amma BYD yalnız 2022-ci ilin sonunda Avropaya daxil olub.
Qeyd edək ki, İlon Maskın siyasi davranışları da Avropalıların "Tesla"ya soyuq baxmasına səbəb olur.
İsmayıl Son.az