Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı
Digərləri 23 May 2025 08:57:00 83 0
Məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib
Bu haberi de oku: 22 yaşlı qız Türkiyəyə qaçdı, həyatı dəyişdi İndi pula pul demir
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə "Xəzər Xəbər"ə açıqlama verib və baş verənləri danışıb.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyir.
Səs yazısında adı keçən məktəbin müəllimi Lalə Şəfaqətova deyir ki, direktor Afaq Əliyevanın işdən çıxan keçmiş direktor müavini ilə şəxsi problemləri olub.
Digər müəllimləri də bu münaqişəyə cəlb edib. Direktor bütün müəllimlərə məhkəmədə Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etmələri üçün təzyiq edib.
Keçmiş direktor müavini Svetlana Hüseynova ilə də əlaqə saxladıq. O bildirdi ki, işdə olduğu dönəmlərdə direktorun bir neçə qanunsuz əməllərini aşkar edib. Aralarındakı problem də elə bundan sonra başlayıb.