Bu məşhur filmlər qadağan edilə bilər: "Harri Potter" də daxildir
Digərləri 21 May 2025 08:08:00 65 0
Rusiyada sentyabrın 1-dən qüvvəyə minəcək yeni tənzimləmə fonunda bəzi məşhur xarici serialların yayımı məhdudlaşdırıla bilər.
Bu haberi de oku: Elektromobillər bahalaşa bilər
Son.az xəbər verir ki, söhbət "uşaqsız həyat tərzinin təbliği" ilə bağlı məlumatların bloklanmasına icazə verən Roskomnadzor əmri çərçivəsində atıla biləcək addımlardan gedir.
"Parlamentskaya qazeta" nəşrinin dərc etdiyi siyahıya görə, risk altında olan layihələr arasında dünyanın tanınmış serialları yer alır. Nəşr bu siyahını ekspert rəylərinə əsaslanaraq hazırlayıb, lakin hələlik bu məlumatlar rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.
Qadağa təhlükəsi ilə üzləşə biləcək seriallar arasında bunlar var:
"Kart evcik" (House of Cards) - Baş qəhrəman Kler bir səhnədə analıq istəyi ilə bağlı şübhələrini ifadə edir.
"Böyük şəhərdə məhəbbət" (Sex and the City) - Samanta personajı açıq şəkildə uşaqsız həyat tərzini seçir.
"Taxt-tac oyunları" (Game of Thrones) - Brienn obrazı cəngavərlik naminə ailə qurmaqdan imtina edir.