Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək


Digərləri 20 May 2025 08:48:00 72 0

Bu nazirliyin idarəsi üçün Cəbrayılda 3,4 milyonluq inzibati bina tikiləcək

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Cəbrayılda yeni inzibati binası inşa olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni binanın inşası qurumun 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün nəzərdə tutulub.

Belə ki, artıq bununla bağlı Fövqəladə Hallar Nazirliynin Əsaslı Tikinti İdarəsi müvafiq işlərə start verib.