31 Mart soyqırımından 107 il ötür
Digərləri 31 Mar 2025 00:00:00 375 0
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 107 il ötür.
Bu xəbəri də oxu: İsmayıllının girişindəki tikili niyə sökülüb?
Son.az-ın məlumatına görə, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.
Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb.
Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən, 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub.
Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Son.az
Naxçıvana gələn almaniyalı turistin 12 yaşlı Nübar Tağıyeva tərəfind
 Ətraflı
 Ətraflı
                                                İranın Kirman əyalətində avtobusun aşması nəticəsində 14 nəfər ölü
 Ətraflı
 Ətraflı
                                                Planetdə bir milyarddan çox insan piylənmədən əziyyət çəkir.
 Ətraflı
 Ətraflı
                                                Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən
 Ətraflı
 Ətraflı
                                                Onlar hər səhərlərini əzəmətli Ağrı dağının mənzərəsi ilə açır
 Ətraflı
 Ətraflı
                                                ABŞ-nin energetika naziri Kris Rayt hesab edir ki, Vaşinqton nüvə silahı ar
 Ətraflı
 Ətraflı
                                                Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovla bağlı payla�
 Ətraflı
 Ətraflı
                                                Livan Ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahl
 Ətraflı
 Ətraflı
                                                ABŞ Ordusunun Yəmənə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb
 Ətraflı
 Ətraflı
                                                Aprelin 1-də təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərsl�
 Ətraflı
 Ətraflı
                                                Bakının Xətai rayonunda mənzildən kişi meyiti tapılıb.
 Ətraflı
 Ətraflı
                                                "Qardaşı dedi ki, bibi, Mirkamil gəlmək istəyir. Sevindim... Amma güv
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullar�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            