“Məhsulumuzu 30 qəpiyə belə alan yoxdur” VİDEO FOTO
Digərləri 06 Noy 2025 13:03:00 76 0
Sitrus bağlarında naringi yığımına başlayan astaralı fermerlər qiymətin aşağı olmasından narazıdırlar.
Bu xəbəri də oxu: Bu 5 qidanı uşaqlara vermək olmaz!
Son.az xəbər verir ki, fermerlərin "Qafqazinfo"ya bildirdiyinə görə, məhsul bol olsa da, meyvələrin xırda olması səbəbindən aşağı qiymət təklif olunur.
"Qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib. İlk yığımda 1-1,5 manata satılan məhsula indi 30-70 qəpiyə belə alıcı tapılmır, - şikayətçilər söyləyiblər.
Astaralı fermerləri narahat edən digər problem isə məhsulu xarici bazarlara çıxara bilməməkləri ilə bağlıdır. Belə ki, onların sözlərinə görə, bunun üçün bəzi qurumlar fermerlərdən müxtəlif sənədlər tələb edirlər. Həmin sənədlər toplanana qədər isə naringilər zay olur. Digər tərəfdən isə, rayon ərazisində yığılan məhsulun saxlanılması üçün saxlama kameraları yoxdur.
Hazırda əsas məhsul yığımı rayonun Siyəkü kənd ərazi vahidliyinə daxil olan dağətəyi kəndlərdə aparılır.
Astara RİH-nin Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Höküməli Əliyev qeyd edib ki, həmin kəndlərdə 350 ha ərazidə naringi ağacları əkilib: "Bu il məhsuldarlıq yaxşı idi, lakin hava şəraiti ilə əlaqədar meyvələrin həcmi kiçik oldu. Bu vaxta kimi təqribən 1000 tondan yuxarı "karli" sortu yığılaraq daxili bazarlarda satılıb. Bu dəqiqə ərazidə qarışıq mal 60-70 qəpiyədir. Bu da fermerlərə sərf etmir, çox aşağı qiymətdir. Onlar tərəfindən ərazi vahidliyində saxlama kameralarının qurulması, eləcə də fermerlərin öz məhsullarını orada müəyyən vaxt saxlaması ilə bağlı bizə dəfələrlə müraciət olunub. Biz də yuxarı təşkilatlara müraciət etmişik. Artıq aidiyyəti qurumlar söz veriblər ki, yaxın gələcəkdə saxlama kameraları yaradılacaq".
Azərbaycanda noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün tex
Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirk
"CineMastercard" kinoteatrlar şəbəkəsində 7 noyabrdan etibarən t
6 noyabr gecəsi Ukrayna dronları Rusiyanın Kostroma vilayətində yerləşən
Türkiyəli müğənni Gülben Ergen ABŞ-dakı konsert turu zamanı paylaşdı�
"50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur
Vergi orqanında uçota alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan m�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nüm
Xırdalan istiqamətində hər gün müşahidə olunan tıxaclar sürücülər v
Yaponiya hökuməti ölümcül ayı hücumlarının qarşısını almaq üçün
Oskar mükafatlı aktyor Ser Entoni Hopkins bu ilin əvvəlində Kaliforniyada b
Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zama
