Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 06 Noy 2025 12:05:00 70 0

Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

Son.az xəbər verir ki, NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladı.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğuladı.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırdılar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd etdi və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını dedi.

Prezident İlham Əliyev də öz növbəsində NATO mənzil-qərargahına səfərlərini xatırladaraq qeyd etdi ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsi olsa da, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğuladı. Bu xüsusda ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna toxundu.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədimizə çatdığımızı - torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayaraq qeyd etdi ki, ordumuzun müasiriləşdirilməsi prosesi bundan sonra da davam edəcək.

Dövlətimizin başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını bildirdi.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulandı, Silahlı Qüvvələrimizin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirildi, sülhməramlılarımızın Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduğu qeyd edildi.

Azərbaycanın alyans üzvləri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunuldu, NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyansın proqramlarında fəal iştirak etdiyi bildirildi.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olundu, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

Yaponiyada ordu ayılara görə səfərbər edildi like
  • 06 Noy 12:04  
Dünya Yaponiyada ordu ayılara görə səfərbər edildi

Yaponiya hökuməti ölümcül ayı hücumlarının qarşısını almaq üçün

arrow Ətraflı
Yanmış villasını 5 milyona satışa çıxardı like
  • 06 Noy 11:53  
Şou-biznes Yanmış villasını 5 milyona satışa çıxardı

Oskar mükafatlı aktyor Ser Entoni Hopkins bu ilin əvvəlində Kaliforniyada b

arrow Ətraflı
Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDVdən azadolma müddəti artırılır like
  • 06 Noy 11:50  
Digərləri Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDVdən azadolma müddəti artırılır

Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zama

arrow Ətraflı
Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər like
  • 06 Noy 11:48  
Digərləri Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təs

arrow Ətraflı
Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA like
  • 06 Noy 11:46  
Digərləri Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA

2027-ci il yanvarın 1-dək müddətində kənd təsərrüfatı məhsullarının

arrow Ətraflı
Türkiyədə jurnalistlərə qarşı əməliyyat  6 nəfər saxlanıldı like
  • 06 Noy 11:22  
Digərləri Türkiyədə jurnalistlərə qarşı əməliyyat 6 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı ç�

arrow Ətraflı
Efirə çıxan anası aparıcını AĞLATDI like
  • 06 Noy 11:12  
Şou-biznes Efirə çıxan anası aparıcını AĞLATDI

Tele-aparıcı Zümrüd Bədəlovanın anası efirinin qonağı olub. 

arrow Ətraflı
Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ like
  • 06 Noy 11:08  
Digərləri Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından gəlir vergisi tutulacaq – RƏSMİ

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edil�

arrow Ətraflı
“Əsrin soyğununda" əsas şübhəli görün kim çıxdı  FOTO like
  • 06 Noy 11:06  
Dünya “Əsrin soyğununda" əsas şübhəli görün kim çıxdı FOTO

 Luvr Muzeyində baş verən 102 milyon dollarlıq zərgərlik oğurluğunda ə

arrow Ətraflı
Məşhur sızanaq dərmanı şizofreniya riskini azaldırmış like
  • 06 Noy 11:00  
Digərləri Məşhur sızanaq dərmanı şizofreniya riskini azaldırmış

Elm dünyasını təəccübləndirən yeni araşdırma antibiotiklərin beyin sa

arrow Ətraflı
İki rayonda işıq olmayacaq like
  • 06 Noy 10:53  
Digərləri İki rayonda işıq olmayacaq

Bu gün Salyan və Sabirabad rayonlarının bir sıra kəndlərində yenidənqur

arrow Ətraflı
Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı  Ailəsindən açıqlama like
  • 06 Noy 10:50  
Digərləri Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı Ailəsindən açıqlama

"Oğlum Amin Elşən oğlu Əliyev Türkiyənin Eskişehir Osmangazi Univer

arrow Ətraflı
İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin sədrini təqaüdə göndərdi like
  • 06 Noy 10:48  
Digərləri İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin sədrini təqaüdə göndərdi

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. 

arrow Ətraflı
Bakıda avtobusla minik avtomobili toqquşub  FOTO like
  • 06 Noy 09:58  
Digərləri Bakıda avtobusla minik avtomobili toqquşub FOTO

Bakıda 8 Noyabr prospektində, 38 saylı poliklinikanın qarşısında yol qəz

arrow Ətraflı
Mahsun Kırmızıgül “Qarabağ”ı paylaşdı like
  • 06 Noy 09:21  
Şou-biznes Mahsun Kırmızıgül “Qarabağ”ı paylaşdı

Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül "Qarabağ"ı p

arrow Ətraflı