Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 05 Noy 2025 11:25:00 93 0

Prezident Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Son.az xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğuladı.

Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirdi, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu dedi.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycanda yeni peşələr yaradılır like
  • 05 Noy 11:22  
Digərləri Azərbaycanda yeni peşələr yaradılır

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo

arrow Ətraflı
Pensiyalar artırlır  MƏBLƏĞ like
  • 05 Noy 11:16  
Digərləri Pensiyalar artırlır MƏBLƏĞ

Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö

arrow Ətraflı
Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək like
  • 05 Noy 11:12  
Dünya Ramil Usubov Moskvada Şoyqu ilə görüşəcək

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu no

arrow Ətraflı
İş axtaranlara sevindirici xəbər  1 milyon manat ayrıldı like
  • 05 Noy 11:08  
Digərləri İş axtaranlara sevindirici xəbər 1 milyon manat ayrıldı

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik �

arrow Ətraflı
16 yaşlı oğlan enerji içkisindən öldü  FOTO like
  • 05 Noy 11:07  
Digərləri 16 yaşlı oğlan enerji içkisindən öldü FOTO

Türkiyədə yeniyetmə enerji içkisindən ölüb.

arrow Ətraflı
Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi like
  • 05 Noy 10:58  
Şou-biznes Türkiyəli müğənni reanimasiyaya yerləşdirildi

Türkiyəli sənətçi Muazzez Abacının səhhəti pisləşib.

arrow Ətraflı
Rusiyada dəhşətli yanğın: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü like
  • 05 Noy 10:22  
Digərləri Rusiyada dəhşətli yanğın: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinə daxil olan Surqut şəhərində dəh�

arrow Ətraflı
326 milyonluq qaçaqmalçılıq: onlara hökm oxundu like
  • 05 Noy 10:18  
Digərləri 326 milyonluq qaçaqmalçılıq: onlara hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinay�

arrow Ətraflı
Azərbaycanda bu rayon ləğv edilir  Hazırlıqlar başladı like
  • 05 Noy 10:11  
Digərləri Azərbaycanda bu rayon ləğv edilir Hazırlıqlar başladı

Bir həftə əvvəl hökumət nümayəndələri Sədərəkdəki "Naxçıvan

arrow Ətraflı
Taleh Kazımov onu özünə müşavir təyin etdi like
  • 05 Noy 10:07  
Digərləri Taleh Kazımov onu özünə müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir m

arrow Ətraflı
NyuYorka müsəlman mer seçildi like
  • 05 Noy 10:00  
Dünya NyuYorka müsəlman mer seçildi

Nyu-York şəhərində keçirilən mer seçkilərində 34 yaşlı Zohran Mamdani

arrow Ətraflı
75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI  FOTO like
  • 05 Noy 09:56  
Digərləri 75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində rus əsilli, 20 yaşl�

arrow Ətraflı
Bakıda təhlükəli qəza  evakuator aşdı, yağ və yanacaq yola dağıldı like
  • 05 Noy 09:53  
Digərləri Bakıda təhlükəli qəza evakuator aşdı, yağ və yanacaq yola dağıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Şabalıd generala baha başa gəldi...  Lüks maşınları da əlindən çıxdı like
  • 05 Noy 09:19  
Digərləri Şabalıd generala baha başa gəldi... Lüks maşınları da əlindən çıxdı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rə

arrow Ətraflı