Azərbaycanlıların Ermənistana qayıdışı beynəlxalq hüquqdan qaynaqlanır
Siyasət 05 Noy 2025 15:09:00 61 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında qeyd etmişdir ki, "bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq".
Bu xəbəri də oxu: Ramil Usubov Rusiyaya səfər etdi
XX-ci əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc olunmuş xəritələrə nəzər saldıqda əyani şəkildə məlum olur ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bununla bağlı Azərbaycanın müasir siyasi və diplomatik gündəliyinin əsas prioritetləri sırasında Qərbi Azərbaycana dinc yolla təhlükəsiz şəkildə qayıdış xüsusi yeri tutur və belə bir proseslə bağlı beynəlxalq hüquqi əsaslandırma əhəmiyyətli xarakter daşıyır.
Öncə qeyd etmək lazımdır ki, Azərbaycan tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib və bu mənada qayıdış məsələsinin heç bir ərazi iddiası ilə ümumiyyətlə bağlantısı yoxdur və ola da bilməz. İkinci prinsipial məqam ondan ibarətdir ki, 1918-ci ildən başlayaraq, dəfələrlə və sonuncu dəfə 1987-1991-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanlar və onların varisləri geriyə dönmə təməl hüququndan istifadə etməlidirlər.
Etnik təmizləmələr, deportasiyalar və azərbaycan əhalisinin qeyri-qanuni transferləri zaman faktorundan asılı olmayaraq, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsasən soyqırım və insanlıq əlehinə cinayətlərın tərkib elementidir və bu cinayətlərin qurbanlarına dinc yolla geriyə dönmək hüququ təmin edilməlidir. Üçüncü fundamental məqam ondan ibarətdir ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış və əsrlər boyu burada yaşamış azərbaycanlılar ermənilərdən fərqli olaraq, de facto və de jure yerli xalq statusuna malikdirdirlər. Xatırlatmaq lazımdır ki, BMT-nin Baş Assambleyasının 13 sentyabr 2007-ci il tarixli Bəyannaməsinin 10-cu maddəsinə əsasən, "Yerli xalqlar öz torpaqlarından və ya ərazilərindən məcburi köçürülməyə məruz qala bilməzlər. Müvafiq yerli xalqların azad, əvvəlcədən əldə edilən razılığı olmadan heç bir yerdəyişmə həyata keçirilmir, bu yalnız ədalətli kompensasiyanı və geri qayıtma seçimini nəzərdə tutan razılaşmanın bağlanmasından sonra mümkün ola bilər." Beynəlxalq hüququn digər mühüm yanaşması qeyd edilən Bəyannamənin 8-ci maddəsində əksini taparaq, nəzərdə tutur ki, "yerli xalqların və onlara mənsub olan şəxslərin məcburi assimilyasiya və ya mədəniyyətlərinin məhv edilməsi məqsədi ilə təzyiqlərə məruz qalmama hüququ vardır".
Dövlət Başçısının qeyd etdiyi kimi, "azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır".
Azərbaycanlıların əsrlər boyu yaşadıqları və ənənəvi yaşayış mühitindən zorla ayrıldıqları məkanlara sülh yolu ilə təhlükəsiz formada qayıtmaları beynəlxalq hüquqla müdafiə edilən yanaşmadır və universal xarakterli beynəlxalq razılaşmalar belə bir əhəmiyyətli prosesin həyata keçirilməsi üçün səmərli hüquqi platforma rolunu oynayır. Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Son.az
Bir neçə gün öncə paytaxtımızın məşhur restoranlarından biri olan &qu
Son vaxtlar bir çox məktəblərdə valideynlərdən "İltizam" adlı
Xəbər verdiyimiz kimi, ABŞ-nin ən böyük şəhəri olan Nyu-York yeni me
Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi
"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş "İnte
Tanınmış meyxanaçı Zarina Buzovnalı sosial şəbəkələrdə yayılan gör
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
AzTV 8 Noyabr - Zəfər Günü ilə bağlı təsirli videoçarx yayımlayıb.
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli
Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilmə
Bakıda restoranda 72 manat servis haqqı tutublar.
Masazırda yerləşən gölün illər ərzindəki dəyişimi diqqət çəkib. İ
Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan" yarışmasından tanınan
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pullar
