“Qumar kralı”nın istintaqı bitdi Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
Digərləri 05 Noy 2025 13:06:00 72 0
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu xəbəri də oxu: "İlanlı qız" plastik cərraha görə canına qıydı Xəstəxanalıq oldu
Son.az xəbər verir ki, qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
"Qumar kralı" Şəkili Yusifin qanunsuz qumarxana şəbəkəsi yaradaraq bu yolla ümumilikdə 161 milyon manat gəlir əldə etdiyi açıqlanmışdı. Lakin yekunda bu məbləğin həcmi dəyişib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) həmçinin 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.
Şəkili Yusifin milyonlarla manatlıq əmlaklarına, o cümlədən, evləri, avtomobilləri, restoranları və başqa qeyri-yaşayış sahələri üzərinə həbs qoyulub.
Havalar soyuduqca qazin təzyiqi ilə bağlı şikayətlər müşahidə edilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkə
"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Ruhəngiz
Keçmiş məcburi köçkünlərə veriləcək aylıq müavinətlərin maliyyəl�
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqəd
Enerji içkilərin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlə
Əməkdar artist Bəsdi Bəkirovanın şəxsi otel sahibi olduğu üzə çıxıb
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesin�
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əm�
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
