İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? Ödəməsələr cəriməsi var
Digərləri 06 Noy 2025 15:16:00 70 0
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
Bu xəbəri də oxu: İki vəkil yeni vəzifəyə təyin olundu
Son.az xəbər verir ki, onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Bu zaman isə sual yaranır. Əgər vətəndaş işləmirsə, bu məbləği necə ödəyəcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Son.az-a açıqlamasında bildirib ki, bütün hallarda işləməyən vətəndaşlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır.
Onun sözlərinə görə, bir insan işləmirsə, ondan sığorta və ya digər ödənişləri tələb etmək məntiqsizdir.
Deputat qeyd edib ki, cərimə məsələsi də bu baxımdan yenidən düşünülməlidir:
"Ola bilsin ki, sığorta sistemi daxilində müəyyən imkanlar var, amma istənilən halda məntiqli yanaşma ondan ibarətdir ki, işsiz əhali üçün sığorta daha çox sosial dəstək xarakteri daşıyır".
F.Mustafa əlavə edib ki, əgər insan ödəniş edə bilmirsə və buna görə sığortadan istifadə hüququndan məhrum ediləcəksə, bu, həmin vətəndaşın sistemdən kənar qoyulmasıdır:
"Dəyişiklik müzakirə olunmalı məsələdir. Bunun ictimai müzakirəyə ehtiyacı var. Çünki biz bütün aztəminatlı insanları diqqətdən kənar saxlaya bilmərik".
Mina Mikayılova Son.az
Noyabrın 4-də Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində, indiki "
Neftçalanın 3 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkar
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayo
Azərbaycanlı kurator, I-opener e.V. təşkilatının sədr müavini və baş k
Noyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətənda
İzləyicimiz Cəlilov Nadir Nahid oğlu Patrul.az-a müraciət edərək Xətai
"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu istifadəyə verildik
Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəz�
Dağıstanda birinci arvadın ikinci arvadı toyda qarşılaması gündəm olub.
46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Anar Novruzovu özün
Sibel Can "Esquire Türkiye" jurnalına danışdı: "Səs duyğul
Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə b
"Tərtər işi" ilə bağlı təqsirli bilinən general-mayor Bəkir O
