Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus “ŞərqQərb” şirkəti yenidən gündəmdə


Digərləri 06 Noy 2025 12:52:00 70 0

Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus “ŞərqQərb” şirkəti yenidən gündəmdə

Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərən aparıcı şirkətlərdən biri olan "Şərq-Qərb" ASC dövlət qarşısında yığılmış vergi borcunu ödəməyə məcbur edilib.

Son.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.

Məlumata görə, "Şərq-Qərb" ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 52 144 manat yığılmış vergi borcunu ödəyib.

Qeyd edək ki, mətbuatda "Şərq-Qərb" nəşriyyat-poliqrafiya şirkətinin Prezident Administrasiyasının sabiq rəhbəri, bu günlərdə ağır cinayətlərdə ittiham olunaraq ev dustaqlığına məhkum edilən Ramiz Mehdiyevə aid olduğu bildirilir. Qeyd edilib ki, "Şərq-Qərb" ASC-nin səhmlərinin 96%-i Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan Teymur Mehdiyevə məxsusdur. 

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən isə, "Şərq-Qərb" ASC 2001-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. Şirkətin nizamnamə kapitalı 589 880 manat təşkil edir.

Dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə "Şərq-Qərb" ASC-nin milyonlarla manat dəyərində tenderlərin qalibi olduğunu görmək mümkündür. Xüsusən, şirkətin 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və tabeçiliyində olan müəssisələrlə nəhəng müqavilələr bağladığı məlum olub. Həmin vaxt AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.

Xatırladaq ki, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan AMEA İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar akademiya tərəfindən "Şərq-Qərb" ASC-yə ödənilib. Lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. manat məbləğində debitor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib. 

Eyni zamanda Hesablama Palatasında ötən il AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Cari ilin oktyabrın 1-də isə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır və həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb. Artıq bəzi epizodlarda ibtidai istintaqın tamamlandığını söyləyən Baş prokuror cinayət işlərinin baxılması üçün məhkəməyə göndərildiyini vurğulayıb.

Rusiyanın nəhəng elektrik stansiyası vuruldu like
  • 06 Noy 12:45  
Dünya Rusiyanın nəhəng elektrik stansiyası vuruldu

6 noyabr gecəsi Ukrayna dronları Rusiyanın Kostroma vilayətində yerləşən

arrow Ətraflı
Mənzurə Musayeva qəzaya düşdü like
  • 06 Noy 12:34  
Digərləri Mənzurə Musayeva qəzaya düşdü

Müğənni Mənzurə Musayeva yol-nəqliyyat hadisəsinə düşüb.

arrow Ətraflı
Məşhur müğənni hamam xalatında restorana girdi like
  • 06 Noy 12:28  
Şou-biznes Məşhur müğənni hamam xalatında restorana girdi

Türkiyəli müğənni Gülben Ergen ABŞ-dakı konsert turu zamanı paylaşdı�

arrow Ətraflı
Bakıda 50dən artıq binaya tarixi bina statusu veriləcək like
  • 06 Noy 12:27  
Digərləri Bakıda 50dən artıq binaya tarixi bina statusu veriləcək

"50-dən artıq binaya da tarixi bina statusu verilməsi nəzərdə tutulur

arrow Ətraflı
Sahibkarlar üçün yenilik like
  • 06 Noy 12:24  
Digərləri Sahibkarlar üçün yenilik

"Sosial sığorta haqqında" qanuna dəyişikliklər layihəsi sosial

arrow Ətraflı
Bu şəxslər 200 manat cərimələnəcək like
  • 06 Noy 12:20  
Digərləri Bu şəxslər 200 manat cərimələnəcək

Vergi orqanında uçota alınmaq üçün qanunvericilikdə nəzərdə tutulan m�

arrow Ətraflı
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib  FOTO like
  • 06 Noy 12:05  
Siyasət Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da NATO nüm

arrow Ətraflı
Xırdalanda asma körpü tikiləcək?  RƏSMİ like
  • 06 Noy 12:05  
Digərləri Xırdalanda asma körpü tikiləcək? RƏSMİ

Xırdalan istiqamətində hər gün müşahidə olunan tıxaclar sürücülər v

arrow Ətraflı
Yaponiyada ordu ayılara görə səfərbər edildi like
  • 06 Noy 12:04  
Dünya Yaponiyada ordu ayılara görə səfərbər edildi

Yaponiya hökuməti ölümcül ayı hücumlarının qarşısını almaq üçün

arrow Ətraflı
Yanmış villasını 5 milyona satışa çıxardı like
  • 06 Noy 11:53  
Şou-biznes Yanmış villasını 5 milyona satışa çıxardı

Oskar mükafatlı aktyor Ser Entoni Hopkins bu ilin əvvəlində Kaliforniyada b

arrow Ətraflı
Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDVdən azadolma müddəti artırılır like
  • 06 Noy 11:50  
Digərləri Azərbaycanda istehsal olunan minik avtomobilləri satışının ƏDVdən azadolma müddəti artırılır

Tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zama

arrow Ətraflı
Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər like
  • 06 Noy 11:48  
Digərləri Bu avtomobillərin ehtiyyat hissələri ucuzlaşa bilər

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təs

arrow Ətraflı
Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA like
  • 06 Noy 11:46  
Digərləri Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA

2027-ci il yanvarın 1-dək müddətində kənd təsərrüfatı məhsullarının

arrow Ətraflı
Türkiyədə jurnalistlərə qarşı əməliyyat  6 nəfər saxlanıldı like
  • 06 Noy 11:22  
Digərləri Türkiyədə jurnalistlərə qarşı əməliyyat 6 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı ç�

arrow Ətraflı