Erməni yazıçılar istəsə, görüşərəm Anar


Digərləri 05 Noy 2025 22:35:00 78 0

Erməni yazıçılar istəsə, görüşərəm  Anar

Mən Xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəyərlərsə, təşəbbüs göstərərlərsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam.

Bu xəbəri də oxu: Xəzərdə zəlzələ oldu

Son.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.

Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək: "Erməni yazıçıların belə niyyəti varsa, qoy, bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.

Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki. Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır".

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir. İrəvanda Azərbaycan nümayəndə heyəti Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.

Azərbaycan tərəfini Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova ("1news.az" saytının baş redaktoru) və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin "Qadınlar Sülh və Əmin-amanlıq" Mərkəzinin rəhbəri) təmsil ediblər. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyətinin də Azərbaycana səfəri gözlənilir. Son.az  

Ürək özünü bərpa edə bilirmiş  Tibbdə inqilab like
  • 05 Noy 22:23  
Digərləri Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab

Elm dünyasında ürək xəstəliklərinin müalicəsində böyük dönüş yara

arrow Ətraflı
Şəbnəmin fanatına etdiyi hərəkət qınandı like
  • 05 Noy 22:08  
Şou-biznes Şəbnəmin fanatına etdiyi hərəkət qınandı

Müğənni Şəbnəm Tovuzlunun fanatı ilə davranışı bəyənilməyib. So

arrow Ətraflı
Şəhid analarının iştirakı ilə tədbir keçirilib like
  • 05 Noy 22:01  
Digərləri Şəhid analarının iştirakı ilə tədbir keçirilib

Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfə

arrow Ətraflı
Mahir Nəbiyev dünyasını dəyişdi like
  • 05 Noy 21:51  
Digərləri Mahir Nəbiyev dünyasını dəyişdi

Təhsil ictimaiyyətinə ağır itki üz verib.

arrow Ətraflı
Gəncədə gənc oğlan xəstəxanada öldü like
  • 05 Noy 21:48  
Digərləri Gəncədə gənc oğlan xəstəxanada öldü

Gəncədə xəstəxanada ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda iş adamı like
  • 05 Noy 21:42  
Digərləri Azərbaycanda iş adamı

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa

arrow Ətraflı
Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq like
  • 05 Noy 21:20  
Digərləri Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətini

arrow Ətraflı
Rayonda 30 qəpik olsa da, Bakıda 2 manata satılır like
  • 05 Noy 21:00  
Digərləri Rayonda 30 qəpik olsa da, Bakıda 2 manata satılır

Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığ

arrow Ətraflı
Bu ərazilərdə qaz olmayacaq like
  • 05 Noy 20:26  
Digərləri Bu ərazilərdə qaz olmayacaq

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkə

arrow Ətraflı
"Payızda xəstələnməmək istəyirsinizsə naharda kələm turşusu yeyin" like
  • 05 Noy 20:08  
Digərləri "Payızda xəstələnməmək istəyirsinizsə naharda kələm turşusu yeyin"

Payızın sonuna yaxın orqanizm hava və işıq dəyişikliklərinə uyğunlaş

arrow Ətraflı
"Həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et" like
  • 05 Noy 19:55  
Şou-biznes "Həkimin çiyninə vurdum ki, dur gedək əməliyyat et"

"Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə

arrow Ətraflı
31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu like
  • 05 Noy 19:42  
Kriminal 31 hindistanlını Sabunçuda saxlayan pakistanlı tutuldu

Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı

arrow Ətraflı
Məhəmməd Şahbaz Şərif İlham Əliyevi təbrik edib like
  • 05 Noy 19:32  
Siyasət Məhəmməd Şahbaz Şərif İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfə

arrow Ətraflı
Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş like
  • 05 Noy 19:28  
Digərləri Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-c

arrow Ətraflı