Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq
Digərləri 05 Noy 2025 21:20:00 95 0
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. AQC-dən Son.az-a verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub. Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb. Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq başqa quruma verilməsi ilə bağlı "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb. İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub. Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.
Bu xəbəri də oxu: Azərbaycanda iş adamı
Son.az
Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığ
Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkə
Payızın sonuna yaxın orqanizm hava və işıq dəyişikliklərinə uyğunlaş
"Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə
Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfə
Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-c
"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səs�
Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxlayıb.
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
Azərbaycanda kirayə bazarında yeni dövr başlayır. 2026-cı il dövlət bü
Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qa
"10 ildən çoxdur ki, ayağımda əzələ boşalması yaranıb. Bu da mən
Qulaq-burun-boğaz (lor) həkimi və estetik-cərrah kimi tanınan Rəşad Məmm
