Şəhid analarının iştirakı ilə tədbir keçirilib
Digərləri 05 Noy 2025 22:01:00 96 0
Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.
Bu xəbəri də oxu: Tbilisidə azərbaycanlı gənclər döyüldü qadın saxlanıldı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.
"Fire Land Group" tərəfindən təşkil olunan tədbir həm də "Mənim oğlum qəhrəmandır!" layihəsinin 5 illik yubileyinə təsadüf edib.
Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.
Tədbir zamanı "44" adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətini
Astara rayonunda sitrus mövsümü başlayıb. Fermerlər artıq naringini yığ
Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkə
Payızın sonuna yaxın orqanizm hava və işıq dəyişikliklərinə uyğunlaş
"Bu yaşıma qədər 7 dəfə əməliyyat olunmuşam. Hərəsi də özünə
Bakıya 31 Hindistan vətəndaşını işləmək adı ilə gətirən pakistanlı
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zəfə
Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-c
"Uşaq adını eşitmədikdə reaksiya vermirsə, televizoru daha uca səs�
Paytaxtın Xətai rayonu, Ağ şəhər ərazisində ictimai asayişin qorunması
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxlayıb.
Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyi
