Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları SİYAHI


Digərləri 30 Okt 2025 22:13:00 89 0

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları  SİYAHI

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin sentyabr ayında orta hesabla 128.8-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi avqust ayı ilə müqayisədə 0.7% azalıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.4% artıb.

Son.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, dövr ərzində ət məhsulları üzrə qiymət indeksi artıb, şəkər, bitki yağları, süd və taxıl məhsulları üzrə isə azalıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi sentyabr ayında orta hesabla 105.0 bənd təşkil edib:

Avqust ayına nisbətən 0.6 bənd (0.6%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 bənd (7.5% ) azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri :

Avropa İttifaqı, Şimali Amerikanın əsas istehsalçı ölkələrində və Rusiya Federasiyasında yüksək məhsuldarlıq fonunda buğda qiymətinin azalması;

Braziliya və ABŞ-də bol tədarük proqnozları əsasında qarğıdalı qiymətinin azalması;

Düyü qiymətinin azalması.

BİTKİ YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 167.9 bənd təşkil edib:

Avqust ayına nisbətən 1.2 bənd (0.7%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.0 bənd (18.0%) artıb.

Bitki yağları qiymət indeksinin azalmasının əsas səbəbləri :

Malayziyada avqust ayı ehtiyatlarının gözləniləndən daha yüksək olması fonunda palma yağı qiymətinin azalması;

Sentyabrın sonunda soya paxlası və ondan əldə edilən məhsullar üzrə ixrac vergilərinin müvəqqəti dayandırılmasından sonra Argentinadan artan tədarükün təzyiqi fonunda qlobal soya yağı qiymətinin azalması.

ƏT MƏHSULLARI

Ət Qiyməti İndeksi sentyabr ayında orta hesabla 127.8 bənd təşkil edib:

Avqust ayına müqayisədə 0.9 bənd (0.7%) artıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.9 bənd (6.6%) artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksək tələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb və Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətinin artması.

SÜD MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi sentyabr ayında orta hesabla 148.3 bənd təşkil edib:

Avqust ayı ilə müqayisədə 4.0 bənd (2.6%) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8 bənd (9.0%) artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri:

Yeni Zelandiyada yüksək təklif fonunda kərə yağı qiymətinin azalması;

Süd tozu qiymətinin azalması.

ŞƏKƏR

Şəkər Qiymət İndeksi sentyabr ayında orta hesabla 99.4 bənd təşkil edib:

Avqust ayına nisbətən 4.2 bənd (4.1 faiz) azalıb;

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 bənd (21.3%) azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas səbəbləri:

Braziliyada böyük əzmə həcmləri və yüksək məhsuldarlıq fonunda şəkər qiymətinin azalması;

Hindistan və Taylandda bol musson yağışlarından sonra, genişlənmiş əkinlərlə birlikdə əlverişli məhsul fonunda şəkər qiymətinin azalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,7 faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 106,8 faiz təşkil edib.

Eyni zamanda yalnız bu ilin sentyabr ayında isə ölkədə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 101,1 faizə bərabər olub. (TREND) Son.az 

“Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi like
  • 30 Okt 21:59  
Kriminal “Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi

"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (F

arrow Ətraflı
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı like
  • 30 Okt 21:47  
Dünya Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi s

arrow Ətraflı
Şirvanda ağır qəza  ölən və yaralananlar var like
  • 30 Okt 21:31  
Digərləri Şirvanda ağır qəza ölən və yaralananlar var

Bu gün axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat

arrow Ətraflı
İslam Rzayev yüksək vəzifəli şəxsin dayısı imiş like
  • 30 Okt 21:17  
Digərləri İslam Rzayev yüksək vəzifəli şəxsin dayısı imiş

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İ

arrow Ətraflı
8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib like
  • 30 Okt 21:08  
Siyasət 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Gündə bir ovuc qoz yeyin  Beyni gücləndirir like
  • 30 Okt 21:00  
Digərləri Gündə bir ovuc qoz yeyin Beyni gücləndirir

Rusiyalı həkim beynin aktivliyini artıran qidaları açıqlayıb.

arrow Ətraflı
Məktəb direktoru ola bilmək üçün yeni qaydalar açıqlandı like
  • 30 Okt 20:44  
Digərləri Məktəb direktoru ola bilmək üçün yeni qaydalar açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi va

arrow Ətraflı
Sezen Aksuya nə olub?  FOTO like
  • 30 Okt 20:34  
Şou-biznes Sezen Aksuya nə olub? FOTO

Türkiyənin sevilən sənətçisi Sezen Aksu uzun fasilədən sonra kameralara

arrow Ətraflı
Arvadının saçını keçəl edən ər həbs olundu like
  • 30 Okt 20:06  
Digərləri Arvadının saçını keçəl edən ər həbs olundu

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tame

arrow Ətraflı
Devid Bekhem bu məşhur türk aktrisa ilə eyni reklamda like
  • 30 Okt 19:53  
Şou-biznes Devid Bekhem bu məşhur türk aktrisa ilə eyni reklamda

Məşhur türk aktris Hande Erçel və İngiltərə futbolunun əfsanəvi simas

arrow Ətraflı
Yasamalda internetin adı var, özü yox  ŞİKAYƏT like
  • 30 Okt 19:39  
Digərləri Yasamalda internetin adı var, özü yox ŞİKAYƏT

Yasamal rayonu Lev Tolstoy küçəsində bəzi evlərdə 20 gündür internet yo

arrow Ətraflı
Avtomobillərdə çipli nömrələr ləğv olundu RƏSMİ like
  • 30 Okt 19:24  
Digərləri Avtomobillərdə çipli nömrələr ləğv olundu RƏSMİ

Yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementlərinin tətb

arrow Ətraflı
“Hamilə olduğunu toy günü öyrəndik”  Əfsanənin atası like
  • 30 Okt 19:19  
Digərləri “Hamilə olduğunu toy günü öyrəndik” Əfsanənin atası

Astarada toyunun səhəri faciəli şəkildə ölən 17 yaşlı Əfsanə İmanov

arrow Ətraflı
Beyləqanda ağır qəza  4 nəfər xəsarət aldı like
  • 30 Okt 19:06  
Digərləri Beyləqanda ağır qəza 4 nəfər xəsarət aldı

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Evlilər subaylardan daha xoşbəxt imiş  Araşdırma like
  • 30 Okt 19:00  
Digərləri Evlilər subaylardan daha xoşbəxt imiş Araşdırma

Alimlər evliliyin insanın xoşbəxtlik səviyyəsinə necə təsir etdiyini ar

arrow Ətraflı