Bu məhsulları dənizə aparmayın SİYAHI
Digərləri 25 İyl 2025 09:10:00 368 0
Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Bu xəbəri də oxu: Nərimanovda küçədə səkilər bərbad gündədir Küçəni bu vəziyyətə MTK salıb
Son.az yenisabah.az-a istinadən xəbər verir ki, araşdırmalar yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir. Bu isə istirahəti kabusa çevirə bilər.
Bəs isti havada ən tez hansı məhsullar xarab olur?
Nəzər salaq:
Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir. Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir. Bu məhsullar soyuducu olmadan bir neçə saat ərzində təhlükəli hala gəlir.
Eyni risk bişmiş ət, toyuq, kolbasa, kabab və digər ət məhsulları üçün də keçərlidir. Xüsusilə açıq qablaşdırmada saxlanılan bu qidalar yüksək temperaturda zərərli bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.
Qarpız və yemiş də təhlükəlidir: Yayda ən çox yeyilən meyvələrdən olan qarpız və yemiş də sağlamlıq baxımından təhlükə yarada bilər. Bu meyvələr kəsildikdən sonra isti mühitdə saxlanarsa, onların içində bakteriyalar sürətlə yayılır. Qarpız və yemişin şəkər tərkibinin yüksək olması mikrobların çoxalmasını daha da sürətləndirir.
Konservlər və dəniz məhsulları risk daşıyır: Çimərliyə aparılan balıq konservləri və dəniz məhsulları da zəhərlənmə riski yarada bilər. Bu məhsullar günəş şüalarına məruz qalarsa və düzgün şəraitdə saxlanmazsa, içindəki qoruyucu qatlar zərər görür və zərərli bakteriyalar yaranır. Konservlərin açıq halda saxlanılması isə yoluxma ehtimalını daha da artırır.
Çimərliyə hansı qidaları aparmaq olar?
Mütəxəssislər bildirirlər ki, çimərlik şəraitinə uyğun yüngül, tez xarab olmayan və soyuducuya ehtiyac duymayan məhsullar seçilməlidir. Bunlara aşağıdakılar daxildir:
Qabığı soyulmamış meyvələr (alma, banan, ərik və s.)
Quru meyvə və tumlar
Soussuz sendviçlər (pendirli və ya tərəvəzli)
Quru məhsullar - biskvit, kraker, simit
Termosda saxlanmış içkilər (su, çay və s.)
Yoluxucu xəstəlik riski
Qeyd edək ki, isti havada xarab olmuş qidaların istehlakı ishal, qusma, qarın ağrısı və halsızlıq kimi simptomlara səbəb olur. Bu əlamətlər bəzən günvurma ilə qarışdırılsa da, əslində qida zəhərlənməsinin nəticəsidir və bəzi hallarda tibbi müdaxilə tələb olunur.
Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.
 Ətraflı
 Ətraflı
                                                Yanğın hidrantından maşına doldurulan suyun daha sonra əhaliyə satıldı�
 Ətraflı
 Ətraflı
                                                Məktəb yaşlı uşaqların aqressiv davranışlar göstərməsi, valideyn üç
 Ətraflı
 Ətraflı
                                                Alkomed klinikasının narkoloqu Andrey Tyurin axşam saatlarında müntəzəm o
 Ətraflı
 Ətraflı
                                                Diyarbəkirin Bismil bölgəsində bir fermer bağçasında nadir görüntülən
 Ətraflı
 Ətraflı
                                                Banan faydalı meyvə kimi tanınsa da, onu yeməzdən əvvəl diqqət yetirilm�
 Ətraflı
 Ətraflı
                                                Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları ar
 Ətraflı
 Ətraflı
                                                İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli aç�
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə iş
 Ətraflı
 Ətraflı
                                                Bu gün bürclər üçün introspektivlik, qərarvermə və münasibətlərdə d
 Ətraflı
 Ətraflı
                                                İyulun 25-26-da Yer kürəsini maqnit qasırğaları vura bilər.
 Ətraflı
 Ətraflı
                                                Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad e
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları
 Ətraflı
 Ətraflı
                                                Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər ya
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            