Yanğın söndürmək üçün nəzərdə tutulan su əhaliyə satılır?
Digərləri 25 İyl 2025 08:08:00 451 0
Yanğın hidrantından maşına doldurulan suyun daha sonra əhaliyə satıldığı iddia edilir.
Bu xəbəri də oxu: İslam Rzayev bu cinayətlərdə ittiham olunur Qərar verildi
Son.az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub. Videonu çəkən şəxs Bakının Suraxanı rayonunda su hidrantından suyun maşına doldurulub pulla satıldığını bildirir. Sakinlər də deyilənləri təsdiqləyirlər. Onlar suyun doldurulmasının şahidi olduğunu bildirirlər. Sakinlər deyirlər ki, binanın yaxınlığındakı su hidrantından suyu maşına doldurub başqa istiqamətə aparırlar, özləri isə suları kəsildiyi üçün isti havalarda məcbur olaraq pulla alırlar.
Texniki məqsədlər üçün istifadə olunmalı suyun vətəndaşlara satılması iddiaları ilə bağlı təfərrüatları dəqiqləşdirmək üçün müxtəlif qurumlarla əlaqə saxladıq. Fövqəladə Hallar Nazirliyindən suyun doldurulduğu hidrantın, həmçinin sözügedən maşının onların balansında olmadığı bildirildi.
Surxanı Rayon İcra Hakimiyyətindən də eyni cavabı aldıq. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, görüntüdəki su maşını həmin quruma aid deyil. Videodakı şəxs də qurumun əməkdaşı deyil.
Buna baxmayaraq, müvafiq sukanal idarəsi tərəfindən vəziyyətə aydınlıq gətirilməsinə dəstək məqsədilə araşdırmalar aparılır. O ki qaldı suyun verilməsinə, aidiyyəti qurum ərazidə suyun fasiləsiz verilməsi ilə bağlı işlər aparıldığını bildirdi.
Daha ətraflı videomaterialı təqdim edirik. Son.az
Məktəb yaşlı uşaqların aqressiv davranışlar göstərməsi, valideyn üç
 Ətraflı
 Ətraflı
                                                Alkomed klinikasının narkoloqu Andrey Tyurin axşam saatlarında müntəzəm o
 Ətraflı
 Ətraflı
                                                Diyarbəkirin Bismil bölgəsində bir fermer bağçasında nadir görüntülən
 Ətraflı
 Ətraflı
                                                Banan faydalı meyvə kimi tanınsa da, onu yeməzdən əvvəl diqqət yetirilm�
 Ətraflı
 Ətraflı
                                                Yeni Zelandiyada, saf Vakatipu gölünün suları ilə ucalan Cənub Alpları ar
 Ətraflı
 Ətraflı
                                                İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli aç�
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Seyitgazi rayonundakı meşə yanğınında şəhid olan meşə iş
 Ətraflı
 Ətraflı
                                                Bu gün bürclər üçün introspektivlik, qərarvermə və münasibətlərdə d
 Ətraflı
 Ətraflı
                                                İyulun 25-26-da Yer kürəsini maqnit qasırğaları vura bilər.
 Ətraflı
 Ətraflı
                                                Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad e
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları
 Ətraflı
 Ətraflı
                                                Son günlər Bakı və Abşeron yarımadasında su təchizatında problemlər ya
 Ətraflı
 Ətraflı
                                                "Ermənistan dəhlizin Sünikdən keçən 42 kilometrlik hissəsini icarəy
 Ətraflı
 Ətraflı
                                                Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Elza Seyidcahan efirdə "Milli Mətbuat Günü"nə x�
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            