“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun dəyişiklik olundu


Siyasət 27 Yan 2025 16:58:00 96 0

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun dəyişiklik olundu

Prezident İlham Əliyev "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Son.az xəbər verir ki, qanuna əsasən, Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilib.

Məqsəd fondun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsidir. Bununla da, əsasən qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürülmələrin edilməsi üçün hüquqi əsas yaradılır.

Ölkə Prezidentinin 1 mart 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası"nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun - elektrik enerjisi (bərpaolunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur. Qanunun dəyişməsi ilə qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.

Fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə (Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə) yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək. Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texniki təminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiya qurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq like
  • 27 Yan 16:53  
Siyasət Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətlər

arrow Ətraflı
Tanınmış aktyora İTKİ  FOTO like
  • 27 Yan 16:49  
Şou-biznes Tanınmış aktyora İTKİ FOTO

Türkiyəli tanınmış aktyor Bülent Şakrak yaxın dostu Onur Keleşin vəfat

arrow Ətraflı
Cənnət Səlimovanın 85 illik yubileyi keçirildi  FOTO like
  • 27 Yan 16:48  
Kriminal Cənnət Səlimovanın 85 illik yubileyi keçirildi FOTO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında böyük rejissor, gö

arrow Ətraflı
Azərbaycanda bu institut ləğv edildi like
  • 27 Yan 12:58  
Digərləri Azərbaycanda bu institut ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunu

arrow Ətraflı
Geomaqnit qasırğası olacaq like
  • 27 Yan 12:53  
Digərləri Geomaqnit qasırğası olacaq

Yanvarın 29-da geomaqnit sahəsi filamenti aktivləşəcək.

arrow Ətraflı
Qış tətilindən sonra ilk dərs hansı tarixdə olacaq? like
  • 27 Yan 12:48  
Digərləri Qış tətilindən sonra ilk dərs hansı tarixdə olacaq?

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili �

arrow Ətraflı
Sabah 14 dərəcə şaxta olacaq like
  • 27 Yan 12:41  
Digərləri Sabah 14 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Dünya bazarlarında neft ucuzlaşıb like
  • 27 Yan 12:37  
Digərləri Dünya bazarlarında neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Avropa İttifaqı yenə Bakı qazına möhtacdır like
  • 27 Yan 12:31  
Siyasət Avropa İttifaqı yenə Bakı qazına möhtacdır

Təbii qaza tələbatının ödənməsində Rusiyadan asılılıqdan qurtulan Av

arrow Ətraflı
Parlamentdə Azərbaycandakı dini durum müzakirə olunacaq like
  • 27 Yan 12:26  
Digərləri Parlamentdə Azərbaycandakı dini durum müzakirə olunacaq

Milli Məclisdə ölkədə dini durumla bağlı ictimai müzakirə keçiriləcə

arrow Ətraflı
"Opel" 100 min avtomobili geri çağırır like
  • 27 Yan 12:20  
Digərləri "Opel" 100 min avtomobili geri çağırır

"Opel" və "Peugeot"un 100 min avtomobili geri çağırılı

arrow Ətraflı
Prezident İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvünü qəbul edib  FOTO like
  • 27 Yan 12:17  
Siyasət Prezident İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvünü qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Parlamentdə ölkədə dini duruma dair ictimai müzakirə təşkil olunacaq like
  • 27 Yan 12:13  
Digərləri Parlamentdə ölkədə dini duruma dair ictimai müzakirə təşkil olunacaq

Milli Məclisdə ölkədə dini durumla bağlı ictimai müzakirə keçiriləcə

arrow Ətraflı
Bakıda yaşayış binasında yanğın like
  • 27 Yan 12:11  
Digərləri Bakıda yaşayış binasında yanğın

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

arrow Ətraflı
Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə like
  • 27 Yan 11:58  
Digərləri Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçinin işi Ali Məhkəmədə

Ali Məhkəmədə Sumqayıtda məşq zamanı 7 yaşlı uşağı öldürməkdə t

arrow Ətraflı