Alimlər hansı beyin hüceyrələrinin daha tez qocaldığını tapdı
Digərləri 26 Yan 2025 15:10:00 100 0
Allen İnstitutunun alimləri qocalmış beynin ilk detallı hüceyrə atlasını yaratmış və yaşa bağlı dəyişikliklərin baş verdiyi əsas sahələri müəyyən ediblər.
Bu xəbəri də oxu: Sabah Bakıda hava çiskinli, rayonlarda 15 dərəcə şaxta olacaq
Son.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Alimlərin fikrincə, beyni nəhəng bir şəhərlə müqayisə etmək olar, burada hər bir "rayon" özünəməxsus funksiyaları yerinə yetirən unikal hüceyrə növünü təmsil edir. Son vaxtlara qədər tədqiqatçılar bu cür "rayonların" yaşla necə dəyişdiyini ətraflı başa düşmürdülər.
Tədqiqatçılar qrupu siçan beyninin 16 bölgəsini (ümumi həcmin təxminən 35%-i) analiz edib və 847 hüceyrə növünü müəyyən edib. Onlardan bəzilərinin, xüsusən də beynin dəstəkləyici hüceyrələri olan gliaların qocalmağa xüsusilə həssas olduğu aşkar edilib. İştah, bədən istiliyi, yuxu və hormonal fəaliyyət kimi həyati vacib orqan funksiyalarını tənzimləyən hipotalamusun üçüncü mədəciyi sahəsində xüsusilə əhəmiyyətli dəyişikliklər müşahidə olunub.
Alimlər izah edib ki, yaşla birlikdə beyində artan immunitet aktivliyi baş verir və bu da mikroglia və makrofaq hüceyrələrinin işinin artması ilə ifadə edilir. Bu hüceyrələr beyin sağlamlığının qorunmasında fəal iştirak edir və qocalıqda iltihab əlamətləri göstərirlər ki, bu da onların yaşlanmaya cavab olaraq daha çox işlədiyini göstərir.
Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul
Prokurorluq adları açıqlanmayan iki nəfəri "Quran"dan qeyri-müna
Polşanın Qdansk şəhərində qeyri-adi hadisə baş verib: 44 yaşlı kişi �
Son aylarda İranda 1094-dən çox denge qızdırması halı aşkarlanıb.
Müvafiq qurumlar tərəfindən mütəmadi olaraq restoranlarda istər qida vasi
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanı təbrik edib.
Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyas�
Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyas�
25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi m�
Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən ge
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün m
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İran ərazisindən keçən ən
İsmayıllıda virusla bağlı bir nəfərin öldüyü bildirilir.