İmişlidə qəzada xəsarət alan uşaq da öldü
Digərləri 22 Yan 2025 11:03:00 63 0
Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Bu xəbəri də oxu: Baş həkim İŞDƏN ÇIXARILDI
Bu barədə Son.az-ın sorğusuna cavab olaraq Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.
Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.
Qeyd edilib ki, ilkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan "Mercedes Benz 190" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
"Yardımlaşma kampaniyası" adı altında vətəndaşları aldadaraq
Xəbər verdiyimiz kimi, Çanaqqalanın Ayvacık rayonunun sahillərində 22 yan
Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında 13 yaşlı Məhəmmədə
Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məs
Belçikada Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Ly
Müğənninin silikonları PARTLADI
Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndəril
Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayaca�
Ötən gün Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənl
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə
Həkimlər və dietoloqlar ürək və damar sağlamlığına müsbət təsir ed�
"Meymunçiçəyi virusuna yoluxan şəxsin hazırda vəziyyəti stabil olar
Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda