Bu uşaqlara pul ödəniləcək
Digərləri 22 Yan 2025 11:25:00 77 0
Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə (təsbit olunmuş-RED) ödəniləcək.
Bu xəbəri də oxu: Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirildi FOTO
Son.az xəbər verir ki, bu, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində nəzərdə tutulub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.
Qeyd olunub ki, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.
Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Yəni, qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı isə aylar və illər üzrə dəyişir.
Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.
Xalq artisti Nazpəri Dostəliyeva MTV kanalında yayımlanan "Etiraf"
Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatad
Nərimanov metrosundan Montinə düşən yolda geriyə dönüb qayıtmaq üçün
Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-n�
"Yardımlaşma kampaniyası" adı altında vətəndaşları aldadaraq
Xəbər verdiyimiz kimi, Çanaqqalanın Ayvacık rayonunun sahillərində 22 yan
Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında 13 yaşlı Məhəmmədə
Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məs
Belçikada Lyej məhkəməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Ly
Müğənninin silikonları PARTLADI
Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndəril
Sosial mediada, yutub kanalarında barələrində ifşaedici məlumatlar yayaca�
Ötən gün Türkiyədə baş verən dəhşətli yanğın nəticəsində ölənl