GMOlu qidalara necə nəzarət olunmalıdır?


Digərləri 19 Yan 2025 08:59:00 81 0

GMOlu qidalara necə nəzarət olunmalıdır?

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Eyni zamanda, İran İslam Respublikasından idxal edilən bəzi qida məhsullarıın da tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Həmin məhsullardan əksəriyyəti insanlar tərəfindən gündəlik istifadə edilən məhsullardır.

Bu qidalara nəzarət necə olmalıdır?

Son.az bildirir ki, mövzu ilə bağlı Trend-ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması məsələsi hələ bundan 4 il əvvəl qaldırılıb:

"Dörd il əvvəl Azad İstehlakçılar Birliyi AQTA qarşısında qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması barədə məsələ qaldırdı. Yəni biz 8 ilə yaxındır ki, bu məsələni aparırıq. Çox çətinlikdən sonra AQTA 12 qənd istehsal yerində monitorinqlər apardı və bunlar müəyyən olundu. Bunu bilmək üçün heç bir analiz lazım deyil. Kəllə qəndi istehsal etmək, daha doğrusu onu ağartmaq üçün iki üsul var.

Məlumdur ki, kəllə qənd şəkər tozundan hazırlanır. Şəkər tozunu qaynatdıqda o sarı rəngə çalır. Sarı rəngi oradan ayırmaq üçün iki yol var. Biri mərkəzdənqaçma yolu, texniki yol, bir də kimyəvi yol, kükürd dioksid qarışdırmaq yolu".

O bildirib ki, qənd məhsullarına kükürd dioksidin qatılıb-qatılmadığını müəssisələrə baş çəkərək bilmək olar.

"Müəssisələrə getmək lazımdır, hansında mərkəzdənqaçma aparatı yoxdursa, deməli, orada qəndlər kükürd dioksidlə ağardılır. Azad İstehlakçılar Birliyi neçə ildir ki, bu məsələdən narahatdır. Biz AQTA ilə bu sahədə əməkdaşlıq etdik və bir neçəsi ifşa olundu. Ondan sonra bunlar yenə də davam ediblər. Çox yaxşı haldır ki, bu məsələlərə yenidən nəzarət edilir. Azad İstehlakçılar Birliyi də çalışacaq ki, həmin partiya mallar satışdan çıxarılsın".

Qida məhsullarının tərkibində ziyanlı maddələrin olması insan sağlamlığına necə təsir edir?

Bu barədə Trend-ə danışan Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova bildirib ki, genetik modifikasiya olunmuş qidaların ilk növbədə orqanizmə üç əsas ziyanı var.

"Qidaların tərkibində ziyanlı əlavələrin olması immun sistemini zəiflədir, allergik reaksiyalar verə bilir və həzm sistemində metabolik pozğunluqlar törədə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaların nəticələrinə əsasən, 1995-ci ildən bəri GMO qidalar daha çox istehsal olunub. Həmin vaxtdan bəri daha çox diabet, qlüten həssaslığı, xərçəng kimi xəstəliklərin statistik göstəriciləri artıb", - deyə həkim əlavə edib. Son.az

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına şad xəbər like
  • 19 Yan 08:50  
Digərləri Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına şad xəbər

Türkiyənin İğdır və Qars bölgələrində yaşayan və şəxsiyyəti təsd

arrow Ətraflı
Bakıda gənc oğlan bıçaqlandı like
  • 19 Yan 08:33  
Kriminal Bakıda gənc oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda küçədə dava zamanı bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Çində zəlzələ oldu like
  • 19 Yan 08:32  
Dünya Çində zəlzələ oldu

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərinin Baytsantan (Cer

arrow Ətraflı
Yolda xarab olur, enerjisi bitir: Elektrik avtobuslarının problemi nədir? like
  • 19 Yan 08:08  
Digərləri Yolda xarab olur, enerjisi bitir: Elektrik avtobuslarının problemi nədir?

Paytaxtımızın ekoloji təmiz avtobusları deyəsən çox da təmiz işləmir.

arrow Ətraflı
"Instagram" yeni formata keçir like
  • 19 Yan 07:56  
Digərləri "Instagram" yeni formata keçir

"Instagram" sosial şəbəkəsi formatını dəyişib. Bundan sonra so

arrow Ətraflı
Müşfiq Hətəmova vəzifə verildi like
  • 19 Yan 07:49  
Kriminal Müşfiq Hətəmova vəzifə verildi

"Azərbaycanfilm" kinostudiyasının və "Space" televiziyas

arrow Ətraflı
ABŞdə "TikTok" bağlanır like
  • 19 Yan 07:39  
Digərləri ABŞdə "TikTok" bağlanır

"TikTok" sosial şəbəkəsi prezident Co Baydenin administrasiyası t

arrow Ətraflı
Məşhur müğənniyə göyərçin nəcisi yedizdiriblər? like
  • 19 Yan 07:15  
Şou-biznes Məşhur müğənniyə göyərçin nəcisi yedizdiriblər?

Müğənnilik karyerası ilə yanaşı həm aktyorluq, həm də şoumenliklə m�

arrow Ətraflı
Bu 5 qidanı pəhrizinizə daxil edin  Yaddaşı gücləndirir like
  • 19 Yan 07:01  
Digərləri Bu 5 qidanı pəhrizinizə daxil edin Yaddaşı gücləndirir

Yaddaşın gücləndirilməsi və beyin funksiyalarının yaxşılaşdırılmas�

arrow Ətraflı
5 ailə üzvünü öldürən polisin ifadəsi ortaya çıxdı  TƏFƏRRÜAT  FOTO like
  • 19 Yan 06:47  
Digərləri 5 ailə üzvünü öldürən polisin ifadəsi ortaya çıxdı TƏFƏRRÜAT FOTO

Xəbər verdiyimiz kimi, Mersində polis məmuru Mehmet Tehçi beş ailə üzv�

arrow Ətraflı
Çində 3 min illik şərab tapıldı – Tarixi kəşf like
  • 19 Yan 06:33  
Dünya Çində 3 min illik şərab tapıldı – Tarixi kəşf

Şərqi Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən 3 min il əv

arrow Ətraflı
52 yaşlı Gülben geyimi ilə diqqət çəkdi  VİDEO like
  • 19 Yan 06:19  
Şou-biznes 52 yaşlı Gülben geyimi ilə diqqət çəkdi VİDEO

52 yaşlı müğənni Gülben Ergen ötən günlərdə verdiyi konsert proqramı

arrow Ətraflı
Limonlu suyun faydaları və like
  • 19 Yan 06:06  
Digərləri Limonlu suyun faydaları və

Limonlu su vitamin və digər qiymətli maddələrin mənbəyidir. 

arrow Ətraflı
Qar necə yaranır və hansı növ qar dənəcikləri var? like
  • 19 Yan 05:05  
Digərləri Qar necə yaranır və hansı növ qar dənəcikləri var?

Qar dənəciklərinin əmələ gəlməsi bu fenomenin bir çox sirlərini açma�

arrow Ətraflı