Baydenin gethagetdə Ərdoğana jestinin
Dünya 18 Yan 2025 09:52:00 57 0
Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əməliyyatları ilə bağlı Türkiyəyə tətbiq edilmiş sanksiyaları ləğv etdi; Ankara-Vaşinqton münasibətlərində "yaşıl işıq" - şərh
Bu xəbəri də oxu: Polis helikopteri qəzaya uğradı Yaralananlar var
ABŞ 2019-cu ildə "Barış Pınarı Hərəkatı"nın ardından Türkiyəyə tətbiq edilən sanksiyaları aradan qaldırıb. "Yeni Müsavat" xəbər verir ki, bu barədə bir neçə günə hakimiyyəti Donald Trampa təhvil verməyə hazırlaşan ABŞ Prezidenti Co Bayden Suriya ilə bağlı cari vəziyyətə dair əlavə düzəlişlərin yer aldığı 14142 saylı yeni fərman imzalayıb. 14 oktyabr 2019-cu ildə o dövrdəki prezident Donald Trampın imzası ilə yayımlanan 13894 saylı fərman yenilənib və əvvəlki mətndə Türkiyə ilə bağlı müddəalar oradan çıxarılıb. Baydenin bu addımı bunu uzun zamandır tələb edən Ankara üçün hüquqi baxımdan mühüm nailiyyət kimi qiymətləndirilib.
Konqresə göndərdiyi bildirişdə Bayden Suriya ilə bağlı vəziyyətin 2019-cu ildən bəri ciddi şəkildə dəyişdiyini və həmin fərmanda qeyd olunan Türkiyənin hərbi əməliyyatı ilə bağlı gündəmin geridə qaldığını vurğulayaraq aşağıdakı fikirləri bildirib: "Bu fərman 13894 saylı prezident fərmanında istinad edilən bəzi əməliyyatların 5 il əvvəl başa çatmış olduğunu nəzərə alaraq, həmin fərmanda minimum dəyişikliklər edir. Xüsusilə, yenilənmiş fərman çərçivəsində ABŞ Suriyada sülh və təhlükəsizliyi, sabitliyi və ya ərazi bütövlüyünü təhdid edən, ciddi insan hüquqları pozuntularına səbəb olan və ya belə fəaliyyətlərə bilavasitə və ya dolayısı ilə iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu qoruyur".
ABŞ və Türkiyə müttəfiq ölkələrdir. Hər ikisi NATO üzvüdür. Amma Bayden iqtidarı öz müttəfiqinə sanksiyalar tətbiq etmişdi. İki ölkə arasında narazılıq doğuran təkcə Suriya əməliyyatları olmamışdı. Eləcə də "S 400" sistemləri ilə bağlı tərəflərin gərginliyi müşahidə olunurdu. Tramp isə Türkiyəyə yaxınlığı ilə seçilən amerikalı liderdir. Baxmayaraq ki, dövlət katibi postuna namizəd göstərdiyi Marko Rubio antitürk diplomatdır, bununla belə, qardaş ölkənin prezidenti Ərdoğan Trampı seçkilərdə təbrik edərkən "dostum Tramp" deyə xitab etmişdi. İndisə Bayden gedərayaq daha bir jest edir - bu dəfə Türkiyəyə sanskiyaları aradan qaldırmaqla əslində, Tramp üçün Ankara-Vaşinqton münasibətlərində tramplin yaratmış oldu. Hərçənd, sözügedən fərman Tramp tərəfindən 14 oktyabr 2019-cu ildə imzalanmışdı. Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin patronajlığı ilə qurulan keçid hökumətini ABŞ də dəstəkləyir. Dəməşqə gəlmiş Dövlət Departamentinin nümayəndələri keçid hökumətinin lideri Qolaninin başına qoyulan 12 milyon dollarlıq mükafatın ləğv edildiyini açıqlamışdılar. İndisə Baydenin Suriya ilə bağlı Türkiyəyə qoyulan sanksiyaları aradan qaldırması həm Ankaraya jestdir, həm Ərdoğanın bu ərəb ölkəsində siyasətini dəstəkələməsinin təzahürüdür.
Hökumət dəyişikliyi və yeni vergi siyasəti fonunda rekord sayda milyonçu
Hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəs
Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən "Sər
Öncədən bəyan edilməmiş fındığa görə "Milka" şokoladı Kan
Rusiyada səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı müşayiət edən
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
"Telegram"ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçiril
Müğənni Çinarə Məlikzadə tədbirlərin birinə qatılıb.
Astroloqlar 4 bürclə bağlı sevindirici xəbər açıqlayıb. Belə ki, bu b�
Böyük Britaniya parlamentində qanunverici sənəd statusunda olan 644 nömrə
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiy
ABŞ-li milyarder İlon Maskın "SpaceX Starship" raketi Texasdan (AB�
Türkiyədə Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri
Yeni il bayramı bitsə də bazarlarda bəzi məhsulların qiymətində artım m