“Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın”


Dünya 18 Yan 2025 11:16:00 67 0

“Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın”

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıblar.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Norveç Nobel Komitəsinin sədri cənab Jørgen Watne Frydnes!

Hörmətli Norveç Nobel Komitəsinin üzvləri - cənab Asle Toje, xanım Anne Enger, xanım Kristin Clemet, xanım Gry Larsen!

Biz - Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları, ictimai fəallar Sizə 1990-cı ilin oktyabrında Norveç Nobel Komitəsi tərəfindən Nobel Sülh Mükafatı ilə təltif edilmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovla əlaqədar müraciət edirik.

Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlikdir. Sizdən bu qara ləkəni təmizləməyi, Azərbaycan xalqına qarşı yol verilmiş haqsızlığı aradan qaldırmağı, Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsini xahiş edirik.

Azərbaycan xalqı hər il 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilməsi, dinc əhalinin ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutulması nəticəsində ümumilikdə, 150 nəfərin kütləvi şəkildə qətlə yetirilməsinin ildönümünü qeyd edir, cəllad Mixail Qorbaçovu lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini ifadə edir. Mixail Qorbaçov Bakıya, dinc əhaliyə qarşı qoşun yeridilməsi əmrini şəxsən verib və kütləvi qətllərə görə birbaşa məsuliyyət daşıyır. Bu cinayətin qanlı izi silinməzdir.

20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur. Bu hadisə hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. 20 Yanvar faciəsi bəşəriyyət əleyhinə cinayətdir, bu hadisə zamanı dinc insanlar qətlə yetirilib, yaralanıb, oğurlanıb, işgəncələrə məruz qalıb. Bütöv bir xalqa qarşı tarixi cinayət törədilib.

20 Yanvar qırğını SSRİ-nin ədalətsiz siyasətinə etiraz edən Azərbaycan xalqının azadlıq, müstəqillik mübarizənin boğulması üçün əvvəlcədən planlaşdırılmış dövlət cinayətidir. Bu kütləvi qırğın Sovet hakimiyyətinə qarşı 1956-cı il Macarıstan, 1968-ci il Çexoslovakiyadakı qanlı hadisələrlə eyni sırada dayanır.

Böyük ağrı hissi ilə deyə bilərik ki, məhz bu qırğından sonra Norveç Nobel Komitəsi tərəfindən əlləri Azərbaycan xalqının qanına batmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatı ilə təltif edilməsi bizim üçün 20 Yanvar kədəri qədər əzablıdır.

Azərbaycan ictimaiyyəti uzun illərdir ki, bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.

Mixail Qorbaçovun əmri ilə törədilmiş bu dəhşətli cinayət Azərbaycan xalqının əzmini qıra bilmədi, bir il sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Nobel qardaşları Azərbaycan tarixində müstəsna iz buraxıb, lakin təəssüf edirik ki, həyatının ən vacib hissələri Bakıdakı uğurları ilə sıx bağlı olan Nobelin arzusu olan mükafatlar Azərbaycan xalqının qanını axıtmış Mixail Qorbaçova verilib.

Mixail Qorbaçovu mükafatından məhrum etmək qərarınız dünya ictimaiyyətinin ədalətə və Nobel Sülh Mükafatının mənəvi nüfuzuna inamını gücləndirərdi. Buna ciddi ehtiyac var.

Biz ümid edirik ki, siz Nobel dəyərlərinin təhqir edilməsinə göz yummayacaq, Azərbaycan xalqının, eləcə də keçmiş Sovet İttifaqının digər xalqlarının dərin nifrətini qazanmış Mixail Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsi barədə qərara imza atmaqla tarixi ədaləti bərpa edəcəksiniz.

Hörmətlə,

Ramil İskəndərli - Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Eldar Quliyev - Azərbaycan Ağsaqqallar Şurasının sədri

Novruzəli Aslanov - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri

Əmir Əliyev - "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

Cəlil Xəlilov - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri

Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri

Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri

Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri

Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Dilqəm Əhməd - "Çapar - Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri

Azər Allahverənov - "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri

Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri

Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri

Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Mehriban Məmmədova - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri

Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri

Telman Qasımov - "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri

Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri

Naibə Behbudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri

Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri

20 Yanvar şəhidi Mirzə Qəniyevin ailə üzvü Gülarə Məmmədova

20 Yanvar şəhidi Allahyar Nəsibovun ailə üzvü Nurayə Сəfərova

20 Yanvar şəhidi Kərimov İlqarın ailə üzvü Lətifə Kərimova

20 Yanvar şəhidi Nurəddin Ağahüseynovun ailə üzvü Şirnayə Axundova

20 Yanvar şəhidi Azad Rzayevin ailə üzvü Dilarə Rzayeva

20 Yanvar şəhidi Bəxtiyar Hüseynovun ailə üzvü Nənəbəyim Quliyeva

20 Yanvar şəhidi Elçin İmanovun ailə üzvü Beydulla İmanov

20 Yanvar şəhidi Yanvar Nəsirovun ailə üzvü Almara Nəbiyeva

20 Yanvar şəhidi İbiş Məmmədovun ailə üzvü Zəri Babayeva

20 Yanvar şəhidi Rasim Muxtarovun ailə üzvü Firəngiz Muxtarova

20 Yanvar şəhidi Asif Əsədullayevin ailə üzvü Rəfiqə Əsədullayeva

20 Yanvar şəhidi Məmmədəli İsmayılovun ailə üzvü İsmayılov İsmayıl

20 Yanvar şəhidi Oqtay Kərimovun ailə üzvü Minarə Kərimova

20 Yanvar şəhidi Ağamehdi İbadzadənin ailə üzvü Sona İbadzadə

20 Yanvar şəhidi Mehman Həsənovun ailə üzvü Səmayə Musayeva

20 Yanvar şəhidi Zahir Nuriyevin ailə üzvü Validə Nuriyeva

20 Yanvar şəhidi Yusif Sadıqovun ailə üzvü Kəhriz Sadıqova

20 Yanvar şəhidi Taryel Abduyevin ailə üzvü Məlahət Əliyeva

20 Yanvar şəhidi Tofiq Novruzovun ailə üzvü Səidə Mehdiyeva

Ailəsi dağılan Murad: "Vurulduğum qıza olan hisslərimi..."  VİDEO like
  • 18 Yan 10:53  
Şou-biznes Ailəsi dağılan Murad: "Vurulduğum qıza olan hisslərimi..." VİDEO

Xəbər verdiyimiz kimi, aktyor Murad İsmayıl türkiyəli müğənni Rafel El

arrow Ətraflı
Metroda qışqıran şəxs həbs olundu like
  • 18 Yan 10:51  
Kriminal Metroda qışqıran şəxs həbs olundu

Bakı metrosunda ictimai asayişi pozan daha bir şəxs həbs edilib.

arrow Ətraflı
"Fitch" 2025ci il üzrə Azərbaycanın ÜDM artım proqnozlarını açıqladı like
  • 18 Yan 10:48  
Digərləri "Fitch" 2025ci il üzrə Azərbaycanın ÜDM artım proqnozlarını açıqladı

"Fitch Ratings" agentliyi 2025-ci ildə Azərbaycan ÜDM-nin üç faiz

arrow Ətraflı
Azərbaycanda meymunçiçəyi aşkarlandı like
  • 18 Yan 10:42  
Digərləri Azərbaycanda meymunçiçəyi aşkarlandı

Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb.

arrow Ətraflı
Hərbi vəzifəlilər toplandı  FOTO like
  • 18 Yan 10:33  
Digərləri Hərbi vəzifəlilər toplandı FOTO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Ça�

arrow Ətraflı
İsrail 95 məhbusu azad edəcək  Adları açıqlandı like
  • 18 Yan 10:25  
Dünya İsrail 95 məhbusu azad edəcək Adları açıqlandı

İsrail həbsxanalarından azad ediləcək 95 fələstinli məhbusun adını ela

arrow Ətraflı
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq like
  • 18 Yan 10:17  
Digərləri Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Artıq yaxın gələcəkdə tale bürcün dörd əlaməti ilə üz-üzə gələc

arrow Ətraflı
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu  80 min manat OĞURLANDI like
  • 18 Yan 10:16  
Kriminal Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu 80 min manat OĞURLANDI

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Q�

arrow Ətraflı
Bayden: boş vədlərdən rüsvayçı sonluğa doğru like
  • 18 Yan 10:15  
Siyasət Bayden: boş vədlərdən rüsvayçı sonluğa doğru

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Polis əməliyyatlar keçirdi  38 nəfər saxlanılıb like
  • 18 Yan 10:08  
Kriminal Polis əməliyyatlar keçirdi 38 nəfər saxlanılıb

Yanvarın 17-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən

arrow Ətraflı
Deniz Akkaya 13 il müddətinə həbs edildi like
  • 18 Yan 10:00  
Şou-biznes Deniz Akkaya 13 il müddətinə həbs edildi

Keçmiş model Deniz Akkaya barəsində məhkəmə hökmü elan edilib.

arrow Ətraflı
Samuxda qəza  ölən var like
  • 18 Yan 09:57  
Digərləri Samuxda qəza ölən var

Samuxda ölümlə nəticələn ağır yol qəzası olub.

arrow Ətraflı
Baydenin gethagetdə Ərdoğana jestinin like
  • 18 Yan 09:52  
Dünya Baydenin gethagetdə Ərdoğana jestinin

Prezident kimi son günlərini keçirən ABŞ lideri Suriyadakı antiterror əm�

arrow Ətraflı
3 uşaq atasının meyiti tapıldı like
  • 18 Yan 09:50  
Digərləri 3 uşaq atasının meyiti tapıldı

Şəkidə hadisə qeydə alınıb.

arrow Ətraflı