Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır
Digərləri 11 Yan 2025 13:40:00 62 0
"Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə söylədiyi fikirlər sülhə və ədalətə dair bir yol xəritəsi kimi qiymətləndirilməlidir. Basarkeçər rayonundan olan bir ziyalı kimi bu bəyanatın dünya ictimaiyyətini dərindən düşünməyə vadar edəcək mühüm bir çağırış olduğuna inamla baxıram".
Bu xəbəri də oxu: Günün qoroskopu: Təşəbbüskar olun
Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Qərbi Azərbaycanın Basarkeçər rayonundan olan ziyalı Aqşin Kərimov deyib. O bildirib ki, Prezident İlham Əliyevin şəxsi liderliyi altında Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qaydada doğma torpaqlarına qayıtmasına dəstək göstərilməsi ədalət prinsiplərinin ön plana çıxarılması baxımından misilsizdir. Bu yanaşma tarixi ədalətsizliklərin bərpası üçün zəmin yaratmaqla yanaşı, həm də dünya üçün humanizm və insan haqlarına dair örnəkdir.
Onun sözlərinə görə, Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi deportasiya və kütləvi zülmlər, tarixin qaranlıq səhifələrində qala bilməz. Bu hadisələrin inkar edilməsi, sülh və dialoq üzərindən gələcək qurmaq üçün təməl prinsiplərə ziddir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın üzr istəməsi, tarixi ədalətsizlikləri tanıması və Qərbi azərbaycanlıların evlərinə qayıtmasına şərait yaratması vacibdir.
"Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması təkcə bir xalqın deyil, bütün bəşəriyyətin tarixə olan borcudur. Bu prosesin uğurla həyata keçirilməsi, Azərbaycan Prezidentinin möhkəm liderliyi, beynəlxalq ictimaiyyətin dəstəyi və sülhə olan ülvi inancımızın sayəsində mümkün olacaq. Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu yolda yeni tarix yazmaq üzrəyik.
Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə yeni direktor təyin edili
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə ya
Kalium orqanizm üçün çox vacib mineraldır və müxtəlif bioloji funksiyala
Ukraynalı dizayner Andre Tan yeni moda məsləhətləri bölüşüb.
Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın enerji siyasətində strateji əhəmiyy
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
"Silk Way Airlines" şirkətinin departament rəisi vəfat edib.
Kerç boğazında tankerin qəzaya uğraması nəticəsində dənizə mazut sız
2024-cü il iqlim müşahidələrinin tarixində ən isti il kimi yadda qaldı.
Yasamal rayonu ərazisindəki kənar dairəvi yol boyunca yerləşən meşəlik
Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hazırl
Delta Hava Yollarına məxsus bir təyyarə mühərrik problemi səbəbindən u
Soyuducudan gələn pis qoxulardan belə qurtulun!
Azərbaycan keçiriləcək bələdiyyə seçkilərində 16 128 nəfərin namizə