Rejimsiz yuxunun fəsadları


Digərləri 11 Yan 2025 14:40:00 65 0

Rejimsiz yuxunun fəsadları

Yuxu bədənin bərpası və gündəlik funksiyalarının düzgün işləməsi üçün əhəmiyyətli bir prosesdir. Ancaq yuxu rejiminin pozulması, yəni hər gün fərqli saatlarda yatmaq və ya çox az və ya çox uzun yuxu yatmaq sağlamlıq üzərində ciddi fəsadlar yarada bilər.

Son.az xəbər verir ki, bu vəziyyətin yaratdığı sağlamlıq problemləri həm fiziki, həm də psixoloji sahədə özünü göstərir.

Düzənsiz yuxu bədənin immun sistemini zəiflədir. Yuxu zamanı orqanizm virus və bakteriyalarla mübarizə aparan immun hüceyrələrini gücləndirir. Yuxusuzluq və ya qeyri-müntəzəm yuxu bu prosesin düzgün həyata keçməsinə mane olur, nəticədə xəstəliklərə daha meyilli olunur.

Yuxu rejiminin pozulması, psixoloji sağlamlıq üzərində mənfi təsir göstərir. Rejimsiz yuxu serotonin və digər kimyəvi maddələrin balansını poza bilər, bu da əhval-ruhiyyə dəyişikliklərinə, narahatlıq və depressiyaya yol aça bilər. Uzun müddət yuxu problemi yaşayan şəxslərdə stres və narahatlıq hissi daha çox müşahidə edilir.

Yuxu beynin məlumatları emal etməsi və yaddaşı gücləndirməsi üçün vacibdir. Düzensiz yuxu yaddaşın zəifləməsinə və konsentrasiya problemlərinə yol açır. Bu, işdə və gündəlik həyatda performansın azalmasına səbəb ola bilər. Ayrıca diqqət və düşünmə qabiliyyətindəki azalma, daha çox səhvlərə yol açır. Düzensiz yuxu ürək-damar sistemini də təsir edir. Tədqiqatlar göstərir ki, qeyri-müntəzəm yuxu, yüksək təzyiq, ürək xəstəlikləri və insult riskini artırır. Bununla yanaşı, orqanizmdə insulin müqavimətinin artması, diabet və metabolik problemlərin yaranma ehtimalını da artırır. Yuxu rejimi pozulmuş şəxslərdə hormonal balanssızlıq səbəbindən yemək vərdişləri də dəyişir. Bu, öz növbəsində, artıq çəki və piylənmə riskini artırır. Eyni zamanda metabolizmanın pozulması, bədənin enerji sərfini düzgün tənzimləyə bilməməsi ilə nəticələnir. Yuxu rejiminin pozulması nəticəsində yuxu keyfiyyəti pisləşir. Bədən kifayət qədər dincəlmədikdə yuxusuzluq, yorğunluq və baş ağrıları kimi şikayətlər meydana gəlir. Yuxusuzluq dövrü uzandıqca bədənin enerjisi tükənir və performans azalır.

Yuxu çatışmazlığı və qeyri-müntəzəm yuxu rejimi reaksiyaların yavaşlamasına səbəb olur. Bu, xüsusilə sürücülük zamanı ciddi təhlükələr yarada bilər. Yuxusuzluq və ya qeyri-müntəzəm yuxu yolda qəzaların baş vermə riskini artırır.

Asya Son.az

III Çarlzın səhhəti pisləşib? like
  • 11 Yan 14:16  
Dünya III Çarlzın səhhəti pisləşib?

Kral III Çarlzın xərçəngdən əziyyət çəkdiyi bir ildən çoxdur ki, ict

arrow Ətraflı
Azərbaycanda rəqəmsal valyutalara hüquqi status nə vaxt verilə bilər? like
  • 11 Yan 14:05  
Digərləri Azərbaycanda rəqəmsal valyutalara hüquqi status nə vaxt verilə bilər?

Fiziki forması olmayan və yalnız elektron şəklində mövcud olan rəqəmsal

arrow Ətraflı
Prezident Şahin Bağırovu ordenlə təltif etdi like
  • 11 Yan 14:01  
Siyasət Prezident Şahin Bağırovu ordenlə təltif etdi

Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli "Vətənə xidmətə görə&

arrow Ətraflı
Dəhşətli yanğın kosmosdan belə görünür like
  • 11 Yan 13:55  
Dünya Dəhşətli yanğın kosmosdan belə görünür

ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yay�

arrow Ətraflı
Panama Donald Trampdan BMTyə şikayət edə bilər like
  • 11 Yan 13:48  
Dünya Panama Donald Trampdan BMTyə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə

arrow Ətraflı
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır like
  • 11 Yan 13:40  
Digərləri Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

"Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına v

arrow Ətraflı
Şəhid anası yenidən məktəb direktoru oldu like
  • 11 Yan 13:28  
Digərləri Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə yeni direktor təyin edili

arrow Ətraflı
Zəbt olunan həmin səkilərlə bağlı rəsmi AÇIQLAMA like
  • 11 Yan 13:20  
Digərləri Zəbt olunan həmin səkilərlə bağlı rəsmi AÇIQLAMA

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə ya

arrow Ətraflı
Özünüzü yorğun hiss edirsinizsə bədəndə bu mineral çatışmır like
  • 11 Yan 13:11  
Digərləri Özünüzü yorğun hiss edirsinizsə bədəndə bu mineral çatışmır

Kalium orqanizm üçün çox vacib mineraldır və müxtəlif bioloji funksiyala

arrow Ətraflı
2025ci ildə dəbdə nə olacaq?  Üç əsas tendensiya like
  • 11 Yan 13:05  
Digərləri 2025ci ildə dəbdə nə olacaq? Üç əsas tendensiya

Ukraynalı dizayner Andre Tan yeni moda məsləhətləri bölüşüb.

arrow Ətraflı
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? like
  • 11 Yan 12:58  
Siyasət Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir?

Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın enerji siyasətində strateji əhəmiyy

arrow Ətraflı
Sabah Bakıda hava necə olacaq? like
  • 11 Yan 12:51  
Digərləri Sabah Bakıda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Bakıda yüksək vəzifəli şəxs qəfil vəfat etdi like
  • 11 Yan 12:48  
Digərləri Bakıda yüksək vəzifəli şəxs qəfil vəfat etdi

"Silk Way Airlines" şirkətinin departament rəisi vəfat edib.

arrow Ətraflı
Kerç boğazında 60 ölü delfin tapıldı like
  • 11 Yan 12:45  
Dünya Kerç boğazında 60 ölü delfin tapıldı

Kerç boğazında tankerin qəzaya uğraması nəticəsində dənizə mazut sız

arrow Ətraflı