Azərbaycanda rəqəmsal valyutalara hüquqi status nə vaxt verilə bilər?


Digərləri 11 Yan 2025 14:05:00 87 0

Azərbaycanda rəqəmsal valyutalara hüquqi status nə vaxt verilə bilər?

Fiziki forması olmayan və yalnız elektron şəklində mövcud olan rəqəmsal valyutalar ("digital currences") artıq dünyada geniş yayılmağa başlayıb və hətta bəzi ölkələr tərəfindən onlara hüquqi status verilib. Bu cür valyutalar internet üzərindən mübadilə edilə və bəzi hallarda xüsusi şəbəkələr vasitəsilə nəzarət edilən mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş ola bilər. Mərkəzləşdirilmiş rəqəmsal valyutalara hökumətlər və mərkəzi maliyyə qurumları tərəfindən nəzarət edilir. Bu valyutalar adətən hökumətin rəsmi pul siyasətinə uyğun şəkildə idarə olunur. Mərkəzləşdirilməmiş rəqəmsal valyutalar isə daha çox tanınan kriptovalyutalar (məsələn, "Bitcoin", "Ethereum") kimi fəaliyyət göstərir. Onlar blokçeyn texnologiyasına əsaslanır və heç bir mərkəzi orqan tərəfindən nəzarət edilmir.

Ümumiyyətlə, rəqəmsal valyutalar xüsusilə beynəlxalq ödənişlərdə və müasir ödəniş sistemlərində istifadə olunmaqdadır. Məsələn, "Bitcoin" və "Ethereum" kimi kriptovalyutalar qlobal ödəniş sistemlərinə inteqrasiya olunub və bir çox onlayn ticarət platformaları və xidmətlər kriptovalyutaları ödəniş vasitəsi kimi qəbul edir. Dünya təcrübəsinə nəzər yetirsək, artıq Çin, Şimali Koreya və bəzi Avropa ölkələrində rəqəmsal valyutaların mərkəzləşdirilməsi, leqallaşdırılması sınaqları həyata keçirilir və bəzi hallarda istifadə edilməyə başlanılıb. Azərbaycanda isə tənzimləyici orqan olan Mərkəzi Bank bu istiqamətdə beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparsa da, hazırda ölkədə rəqəmsal valyutalara hüquqi statusun verilməsi mümkün olmayıb. Ekspertlər hesab edirlər ki, artıq Azərbaycanda da rəqəmsal valyutaların leqallaşdırılmasının vaxtı çatıb.

Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Trend-ə açıqlamasında deyib ki, kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib.

Onun sözlərinə görə, bununla bərabər, qiymətlərin artması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib: "Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb. Azərbaycanda hazırda rəqəmsal valyutalara hüquqi status verilməyib. Faktiki olaraq kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllük prinsipi əsasında ola bilər, çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir".

Mütəxəssis vurğulayıb ki, Azərbaycanda rəqəmsal aktivlərin statusunun müəyyənləşdirilməsi və müvafiq vergi qanunverciliyinin təkmilləşdirməsinin vaxtı çatıb və buna ehtiyac var: "Bu istiqamətdə inkişaf etmiş (Yaponiya, İsveçrə, ABŞ, Malta) və MDB ölkələrinin (Ukrayna, Belarus, Qazaxstan, Gürcüstan) təcrübəsi əsasında milli tənzimləmə modeli hazırlamaq olar. İlkin mərhələdə hətta müəyyən dövr üçün 0% vergi dərəcəsi və ya digər güzəşt tədbirləri tətbiq etmək mümkündür. Nəzərə almaq lazımdır ki, hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin - kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq".

E. Quliyev ehtimal edir ki, bu ilin sonunda Azərbaycanda rəqəmsal valyutalara hüquqi status veriləcək: "Azərbaycanda kriptovalyutaların tənzimlənməsi ilə bağlı əsas cavabdeh qurum olan Mərkəzi Bank (AMB) hazırda beynəlxalq təcrübələri nəzərə alaraq milli standartların yaradılması üzrə işlər aparır. Bu istiqamətdə ilk addımlardan biri də "sandbox" rejiminin tətbiqidir. "Sandbox" xüsusi tənzimləmə rejimi maliyyə sektorunda innovativ maliyyə məhsullarının Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsi üzrə qaydalar toplusunu əks edir. Yəni, xüsusi meyarlar üzrə seçilmiş şirkətlər müəyyən müddət (6 ay və ya 1 il) ərzində test rejimində öz innovativ məhsul və ya xidmətlərini təqdim edəcəklər. AMB isə nəticələri analiz edərək ölkənin qanunvericiliyi çərçivəsində müvafiq tənzimləmə aktları qəbul edəcəkdir. Əsas məqsəd texnoloji və innovativ inkişafına mane olmadan milli standartların yaradılmasıdır. Ehtimal edirəm ki, 2025-ci ilin dördüncü rübündə müvafiq qanunvericilik aktları qəbul ediləcək".

Qeyd edək ki, tənzimləyici orqan kimi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası) ölkə iqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlil olunur. Artıq bir neçə ildir ki, AMB CBDC üzrə konseptual yanaşmanın formalaşdırılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçinin beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edir. Hətta iki il bundan öncə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan (BVF) texniki yardım əldə etdiyini açıqlamışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda rəqəmsal valyutanın tətbiqi ilə bağlı rəsmi qurumlar tərəfindən də ciddi təşəbbüslər irəli sürülüb və bu davam etməkdədir.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında deyib ki, rəqəmsal valyutanın leqallaşdırılması prosesi üçün öncədən dəqiqləşdirmələr, strateji planlar, risklər və mövcud imkanlar qiymətləndirilməlidir.

O, Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə uzun müddətdir ki, bir sıra işlər gördüyünü xatırladıb: "Rəqəmsal valyutanın istifadəyə verilməsi üçün ilk olaraq hüquqi və tənzimləyici bazanın formalaşdırılması lazımdır. Eyni zamanda texnoloji infrastrukturun yaradılmasına ehtiyac vardır. Digər tərəfdən də hesablanmalar aparılmalıdır ki, rəqəmsal valyutalar onun ərsəyə gətirilməsinə çəkilən xərclərə, sərf edilən resurslara cavab olaraq ölkə iqtisadiyyatına dividend qata biləcək, nə qədər əlverişli olacaq və özünü necə doğruldacaq".

Prezident Şahin Bağırovu ordenlə təltif etdi like
  • 11 Yan 14:01  
Siyasət Prezident Şahin Bağırovu ordenlə təltif etdi

Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli "Vətənə xidmətə görə&

arrow Ətraflı
Dəhşətli yanğın kosmosdan belə görünür like
  • 11 Yan 13:55  
Dünya Dəhşətli yanğın kosmosdan belə görünür

ABŞ-nın Kaliforniya ştatını bürüyən yanğının kosmosdan fotoları yay�

arrow Ətraflı
Panama Donald Trampdan BMTyə şikayət edə bilər like
  • 11 Yan 13:48  
Dünya Panama Donald Trampdan BMTyə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə

arrow Ətraflı
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır like
  • 11 Yan 13:40  
Digərləri Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

"Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına v

arrow Ətraflı
Şəhid anası yenidən məktəb direktoru oldu like
  • 11 Yan 13:28  
Digərləri Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə yeni direktor təyin edili

arrow Ətraflı
Zəbt olunan həmin səkilərlə bağlı rəsmi AÇIQLAMA like
  • 11 Yan 13:20  
Digərləri Zəbt olunan həmin səkilərlə bağlı rəsmi AÇIQLAMA

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə ya

arrow Ətraflı
Özünüzü yorğun hiss edirsinizsə bədəndə bu mineral çatışmır like
  • 11 Yan 13:11  
Digərləri Özünüzü yorğun hiss edirsinizsə bədəndə bu mineral çatışmır

Kalium orqanizm üçün çox vacib mineraldır və müxtəlif bioloji funksiyala

arrow Ətraflı
2025ci ildə dəbdə nə olacaq?  Üç əsas tendensiya like
  • 11 Yan 13:05  
Digərləri 2025ci ildə dəbdə nə olacaq? Üç əsas tendensiya

Ukraynalı dizayner Andre Tan yeni moda məsləhətləri bölüşüb.

arrow Ətraflı
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? like
  • 11 Yan 12:58  
Siyasət Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir?

Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın enerji siyasətində strateji əhəmiyy

arrow Ətraflı
Sabah Bakıda hava necə olacaq? like
  • 11 Yan 12:51  
Digərləri Sabah Bakıda hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Bakıda yüksək vəzifəli şəxs qəfil vəfat etdi like
  • 11 Yan 12:48  
Digərləri Bakıda yüksək vəzifəli şəxs qəfil vəfat etdi

"Silk Way Airlines" şirkətinin departament rəisi vəfat edib.

arrow Ətraflı
Kerç boğazında 60 ölü delfin tapıldı like
  • 11 Yan 12:45  
Dünya Kerç boğazında 60 ölü delfin tapıldı

Kerç boğazında tankerin qəzaya uğraması nəticəsində dənizə mazut sız

arrow Ətraflı
Bəşəriyyət iqlim fəlakətinin astanasında like
  • 11 Yan 12:37  
Siyasət Bəşəriyyət iqlim fəlakətinin astanasında

2024-cü il iqlim müşahidələrinin tarixində ən isti il kimi yadda qaldı.

arrow Ətraflı
Yasamalda quruyan ağaclarla bağlı RƏSMİ AÇIQLAMA like
  • 11 Yan 12:31  
Digərləri Yasamalda quruyan ağaclarla bağlı RƏSMİ AÇIQLAMA

Yasamal rayonu ərazisindəki kənar dairəvi yol boyunca yerləşən meşəlik

arrow Ətraflı
Azərbaycan 2024cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir  WEF reytinqi like
  • 11 Yan 12:18  
Digərləri Azərbaycan 2024cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir WEF reytinqi

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hazırl

arrow Ətraflı