"İqor son saniyəyə kimi bacardığı hər şeyi etdi"


Digərləri 29 Dek 2024 13:51:00 124 0

"İqor son saniyəyə kimi bacardığı hər şeyi etdi"

Mən İqorun bir həmkarı və onunla çiyin-çiyinə çalışan kapitan kimi tam əminliklə deyirəm ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün İqor Kşnyakinlə birgə uzun illər çalışan kapitan Nazim Cəfərov Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.

O, İqor Kşnyakinlə 45 il birlikdə fəaliyyət göstərdiklərini və bütün fəaliyyətlərini Azərbaycan aviasiyasına həsr etdiklərini bildirib:

"Mənim üçün bu gün burada danışmaq çox ağırdır. Çünki İqor Kşnyakinlə biz 45 il çiyin-çiyinə işləmişik. 1979-cu ildə biz - iki bakılı bir yerdə aviasiya məktəbinə qəbul olmuşuq. Orada bizim İqorla dostluğumuz, yaxınlığımız, demək olar, doğmalığımız yarandı. Azərbaycana qayıdandan sonra bütün ömrümüzü, bütün fəaliyyətimizi Azərbaycan aviasiyasının yoluna həsr etmişik. Bu dostluğumuz daha da möhkəmlənib, daha da yaxınlaşıb və deyərdim ki, doğmalaşıb. Bu gün burada iştirak edən İqorun ailəsinə, uşaqlarına dərin hüznlə başsağlığı verirəm.

Çox təəssüf ki, bu gün mən İqorun barəsində keçmiş zamanda danışıram. Bu yaxınlarda biz yığışıb əmək fəaliyyətimizin 45 illiyini qeyd etmişdik. Arzularımız var idi ki, pensiya yaşına qədər çataq və bir az da həyatımızı davam etdirək. Özümüz və ailələrimiz üçün yaşayaq. Çox ağırdır. Xüsusən də ikinci pilotumuzun - cavan həmkarımızın nəşini burda görmək çox ağırdır. Çünki biz yaşlı kapitanlar olaraq onlara həmişə peşəkarlıq, yaxşı təyyarəçi olmaqdan başqa, bir ata qayğısı, böyük qardaş qayğısı ilə onların həyatda yaxşı insan, təcrübəli işçi olmalarını da arzulamışıq. Həmçinin, Hökümə xanım, qızım üçün bunları arzulamışam. Burada onlar haqqında xoş sözlər azlıq edir. Onların fəaliyyəti, zəhməti, bu ağır anlarda göstərdiyi şücaət heç bir sözə sığmır", - deyə o bildirib.

N.Cəfərov əlavə edib ki, İqor o şəraitdə yığdığı həyat, pilot təcrübəsindən tam istifadə edib və son dəqiqəyə, saniyəyə kimi bacardığı hər bir şeyi edib.

"Mən buna əminəm. Çox əminəm ki, araşdırmalar nəticəsində həqiqətlər tam ortaya çıxacaq. Öz və bütün həmkarlarım adından xahiş edirəm ki, araşdırılsın və həqiqət üzə çıxsın. Təqsirkarlar cəzalandırılsın", - deyə o qeyd edib.

Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Bir sıra güzəştlər olacaq like
  • 29 Dek 13:45  
Digərləri Bir sıra güzəştlər olacaq

"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güz

arrow Ətraflı
Xalq ekipaj üzvlərinin nəşlərinin dəfni üçün II Fəxri xiyabana axın edir  FOTO like
  • 29 Dek 13:42  
Digərləri Xalq ekipaj üzvlərinin nəşlərinin dəfni üçün II Fəxri xiyabana axın edir FOTO

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin

arrow Ətraflı
Keçmiş rəis vəfat etdi  FOTO like
  • 29 Dek 13:34  
Digərləri Keçmiş rəis vəfat etdi FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti

arrow Ətraflı
Qəzada ölən daha 2 nəfər dəfn olundu  FOTO like
  • 29 Dek 13:24  
Digərləri Qəzada ölən daha 2 nəfər dəfn olundu FOTO

Xəbər verdiyimiz kimi, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın

arrow Ətraflı
"Qızımın qatili deyiləm, Allah şahidimdir"  FOTO like
  • 29 Dek 12:53  
Digərləri "Qızımın qatili deyiləm, Allah şahidimdir" FOTO

Xəbər verdiyimiz kimi, Türkiyədə Narin Güranın qətli ilə bağlı davam

arrow Ətraflı
"Atam bütün dünyaya qəhrəmanlığın nə olduğunu göstərdi" like
  • 29 Dek 12:30  
Digərləri "Atam bütün dünyaya qəhrəmanlığın nə olduğunu göstərdi"

İqor Kşnyakin işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən

arrow Ətraflı
Zurabişvili saraydan belə yola salındı  VİDEO like
  • 29 Dek 12:22  
Dünya Zurabişvili saraydan belə yola salındı VİDEO

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili prezident sarayını tər

arrow Ətraflı
Prezident və Birinci xanım həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak ediblər like
  • 29 Dek 12:11  
Siyasət Prezident və Birinci xanım həlak olan ekipaj üzvlərinin vida mərasimində iştirak ediblər

Son.az bildirir ki,  dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti �

arrow Ətraflı
Direktorun meyiti işlədiyi məktəbdən TAPILDI like
  • 29 Dek 12:02  
Digərləri Direktorun meyiti işlədiyi məktəbdən TAPILDI

Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.

arrow Ətraflı
Bu ərazimizə 16 sm qar yağdı like
  • 29 Dek 11:55  
Digərləri Bu ərazimizə 16 sm qar yağdı

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11 : 00-a olan məlumat

arrow Ətraflı
Türkiyəli deputatlar Abdullah Öcalanla görüş keçirdi  FOTO like
  • 29 Dek 11:50  
Digərləri Türkiyəli deputatlar Abdullah Öcalanla görüş keçirdi FOTO

Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya)

arrow Ətraflı
Zurabişvili prezident sarayını tərk etdi, Kavelaşvili and içdi  VİDEO like
  • 29 Dek 11:41  
Dünya Zurabişvili prezident sarayını tərk etdi, Kavelaşvili and içdi VİDEO

Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti olaraq and içib.

arrow Ətraflı
Pilotlarımızın göstərdiyi şücaət beynəlxalq mediada işıqlandırılır  Nazir like
  • 29 Dek 11:32  
Digərləri Pilotlarımızın göstərdiyi şücaət beynəlxalq mediada işıqlandırılır Nazir

İstər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qərar bundan

arrow Ətraflı
Türkiyədə yaşayış binasında güclü partlayış  Yaralananlar var  FOTO like
  • 29 Dek 11:29  
Digərləri Türkiyədə yaşayış binasında güclü partlayış Yaralananlar var FOTO

Türkiyədə Kocaelidə üç mərtəbəli yaşayış binasının birinci mərtə

arrow Ətraflı