Bir sıra güzəştlər olacaq
Digərləri 29 Dek 2024 13:45:00 83 0
"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək.
Bu xəbəri də oxu: Qəhrəman pilot Aleksandr Kalyaninovun GÖRÜNTÜLƏRİ
Son.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə və "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, sənədlərdə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.
Yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.
Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması nəzərdə tutulur.
Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" tipli sərnişin
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti
Xəbər verdiyimiz kimi, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın
Xəbər verdiyimiz kimi, Türkiyədə Narin Güranın qətli ilə bağlı davam
İqor Kşnyakin işlədiyi dövr ərzində sübuta yetirib ki, onun üçün ən
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili prezident sarayını tər
Son.az bildirir ki, dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti �
Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdən tapılıb.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 11 : 00-a olan məlumat
Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya)
Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti olaraq and içib.
İstər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qərar bundan
Türkiyədə Kocaelidə üç mərtəbəli yaşayış binasının birinci mərtə
Özbəkistan pilotlarının AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyar