Pilotlarımızın göstərdiyi şücaət beynəlxalq mediada işıqlandırılır Nazir
Digərləri 29 Dek 2024 11:32:00 68 0
İstər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qərar bundan ibarətdir ki, pilotlar həmin anda, həmin məqamda mümkün olan ən optimal enişi etməklə onlarla insanın həyatını xilas ediblər.
Bu xəbəri də oxu: Cəmiyyəti bayağılığa sürükləyən platforma
Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Azərbaycanın rəqəmsal və inkişaf naziri Rəşad Nəbiyev Aktau yaxınlığında qəzada həlak olan 3 ekipaj üzvü (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən vida mərasimində deyib.
"Təyyarənin kapitanı İqor Kşnyakin və pilot Aleksandr Kalyaninovun və təyyarə bələdçisi Hökümə Əliyevanın cəsarəti, peşəkarlığı, şücaəti yalnız Azərbaycan mediasında deyili, eyni zamanda, beynəlxalq mediada da geniş şəkildə işıqlandırılır.
Sözün əsl mənasında, dünya bizim pilotların, aviasiyanın hazırkı səviyyəsinə qibtə ilə baxır. Biz hesab edirik ki, pilotlarımızın göstərdiyi şücaət, Azərbaycanın qəhrəmanlıq səhifəsində yeni iz buraxıb. Onların adı yalnız Azərbaycan aviasiyasına deyil, dünya aviasiya tarixinə qızıl hərflərlə yazılacaq", - o qeyd edib.
Xatırladaq ki, bu gecə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.
Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Türkiyədə Kocaelidə üç mərtəbəli yaşayış binasının birinci mərtə
Özbəkistan pilotlarının AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyar
Dekabrın 29-da Milli Məclisin payız sessiyasında son plenar iclası keçiril
Dekabrın 28-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən
Bayramla əlaqədar qeyri-iş günlərində nəqliyyat vasitələrinin sahiblər
Kanadanın "Halifax" hava limanında "Air Canada" aviaşirk�
Bu gün Lənkəran şəhərinin bəzi küçələrində elektrik enerjisinin veri
Krımda "Mraz Mıtişinski" kimi tanınan kriminal avtoritet Murad Amo
Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçü
"Rusiya hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün danışıql
Ovçuluq biletinin verilməsindən imtina edilməsinə dair halların sayı art�
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan st�
Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini y
Tərkibində ftalatlar olan lüks ətirlər xərçəngin inkişafına səbəb ol