14 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək
Digərləri 13 Dek 2024 18:10:00 118 0
Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializm mövzusunun qloballığını və aktuallığını nəzərə alaraq, müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirən İllik genişmiqyaslı Hesabat hazırlayıb.
Bu xəbəri də oxu: Evlənmə təklifi alacağınız həmin o RESEPT
Son.az bildirir ki, dekabrın 14-də BTQ-nin ofisində təqdimatı keçiriləcək hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.
Bununla, BTQ müstəmləkəçiliyin təsirlərini azaltmaq və qlobal ədalətin təmin olunmasına töhfə verməyi hədəfləyir.
Hər il Dekolonizasiya günündə bu məsələ üzrə dünyadakı vəziyyəti əks etdirən yenilənmiş hesabatlar təqdim ediləcəkdir.
Hesabatların əhatə dairəsinə müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə idxal və ixrac balansı, resurslardan istifadə, habelə iqtisadi siyasətlərin onların inkişafına təsiri tədqiq edilib. Resursların qeyri-bərabər bölgüsü bu ərazilərdə davamlı inkişafın qarşısını alan mühüm amillərdən biri olaraq qeyd olunub. Hesabatlarda yerli əhalinin həyat şəraiti, işsizlik səviyyəsi, təhsil və səhiyyə xidmətlərinə çıxış kimi sahələrdə rast gəlinən çatışmazlıqlar diqqət mərkəzində saxlanılıb.
Bununla yanaşı, diskriminasiya və hüquqi problemlər, yerli xalqların idarəetmədə məhdud iştirakı və hüquqlarının məhdudlaşdırılması məsələsi dərindən araşdırılıb.
Xatırladaq k, BMT Baş Assambleyası 1960-cı il dekabrın 14-də müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə"ni qəbul edib.
Bu, 1514 (XV) saylı qətnamə kimi tarixə düşmüş və müstəmləkəçiliyin ləğvi üçün vacib beynəlxalq hüquqi sənəddir. Həmin sənəddə müstəmləkəçilik sisteminin xalqların hüquqlarını məhdudlaşdırdığı və beynəlxalq sülh üçün ciddi təhlükə yaratdığı vurğulasa da, təəssüf ki, müstəmləkəçilik və onun doğurduğu ciddi fəsadlar hələ də qalmaqdadır. /Report
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optima
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çər
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn bayram gün
Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin yeni baş naziri tə
Ölkəmizdə hər təqvim ilinin əvvəlində qaz limitlərinin yenilənməsi pr
Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə mü
Bu gün Vətən müharibəsinin məşhur şəhidlərindən olan Xudayar Yusifza
Mütəxəssislər bildirirlər ki, sadə bir şarj kabeli sayəsində bütün m�
2025-ci ildə dünyada qızılın qiymətinin artacağı proqnozlaşdırılır.
30 dekabr saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında sehrli klassik musiqi
Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyəti
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziya
Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət veril
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) &q