Qazın limiti ilə bağlı vacib məlumat
Digərləri 13 Dek 2024 17:18:00 97 0
Ölkəmizdə hər təqvim ilinin əvvəlində qaz limitlərinin yenilənməsi prosesi həyata keçirilir.
Bu xəbəri də oxu: Azərbaycanda ev quşları kütləvi tələf oldular
Qaz limitlərinin yenilənməsi sayğac növləri üzrə müxtəlif cür aparılır. Belə ki, bu, "smart-kart" tipli sayğaclarda müvafiq proqram əsasında avtomatik qaydada tənzimlənir.
Lakin mexaniki sayğaclarda limitlərin yenilənməsini avtomatik rejimdə reallaşdırmaq mümkün deyil.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə dekabrın 28-dən qeyri-iş günləri olacaq.
Maraqlıdır, qaz sayğaclarında limit nə vaxt sıfırlanacaq?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, limit hər ilin 10 yanvar tarixindən hesablanır:
Onun sözlərinə görə, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
"Hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək. Yenidən 1200 kubmetrlik limit tətbiq olunacaq. Mexaniki sayğaclarda isə bu proses yanvarın 7-dək davam edə bilər.
Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Onlar elə bilirlər ki, yanvarın 7-dək sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir.
Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.
Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 20 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 25 qəpikdən hesablanır".
Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə mü
Bu gün Vətən müharibəsinin məşhur şəhidlərindən olan Xudayar Yusifza
Mütəxəssislər bildirirlər ki, sadə bir şarj kabeli sayəsində bütün m�
2025-ci ildə dünyada qızılın qiymətinin artacağı proqnozlaşdırılır.
30 dekabr saat 19:00-da Kamera və Orqan Musiqisi Zalında sehrli klassik musiqi
Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyəti
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziya
Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət veril
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) &q
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali
Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (t
Aktyor Elcan Rəsulov xəstəliyi barədə paylaşım edib.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəi