Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir FOTO
Digərləri 13 Dek 2024 16:48:00 97 0
Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.
Bu xəbəri də oxu: Sürücülərin nəzərinə
Son.az xəbər verir ki, Leyla Əliyeva bu təhsil ocağının rəhbərliyi və şagirdləri ilə görüşüb, məktəbdəki şəraitlə yaxından tanış olub.
Heydər Əliyev Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnmələri məqsədilə kompüterlərlə təchiz olunub. Bununla yanaşı, Fond tədris ocağının internetə çıxışını da təmin edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar. Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziya
Azərbaycanda təhsili davam etdirmək üçün hərbi xidmətdən möhlət veril
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) &q
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali
Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (t
Aktyor Elcan Rəsulov xəstəliyi barədə paylaşım edib.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəi
Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi h
Ödənişsiz əsaslarla dövlət peşə təhsil mərkəzinə qəbul olduğunu, a
Son.az xəbər verir ki, lent.az-ın müsahibi aktrisa Azərbaycan Dövlət Mill
Öskürək, bir çox səbəbdən, o cümlədən soyuqdəymə, qrip, allergiyalar
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəha
Lund Universitetinin (İsveç) alimləri müəyyən ediblər ki, az miqdarda şi