Hərbi xidmətə çağırılanların yekun müayinəsi bu qaydada aparılır
Digərləri 12 Dek 2024 18:24:00 95 0
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu xəbəri də oxu: Doğum tarixinə görə 2025ci ildə sizi nə gözləyir?
Bu barədə Son.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar üçün avtomatik təyin edilən e-növbəliliyi qaydasında onlar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. Müayinələr aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:
Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);
Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);
Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);
Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)
Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".
Lund Universitetinin (İsveç) alimləri müəyyən ediblər ki, az miqdarda şi
Bakıda şirkət əməkdaşı mənimsəməyə görə saxlanılıb.
Məşhur müğənni Selena Qomez sevgilisi Benni Blanko ilə nişanlanıb.
Noyabrın 26-da Lənkəranda təcili tibbi yardım avtomobilinin qəzaya düşm�
Bakıda 13 yaşlı qızdan külli miqdarda qızıl və pul alan şəxs cinayət
Tramp ABŞ-ın Ankaraya yeni səfiri namizədini açıqlayıb.
ABŞ ərazisi olan Ankarada illərdir satışda olan köhnə səfirlik binası t
"Gemini"nin süni intellekt köməkçisi, böyük dil modellərindəki
Hava keyfiyyətinin monitorinqi və hava təmizləyiciləri istehsalçısı olan
Bir çox xəstəliklərə səbəb olan şəkəri 7 gün ərzində özümüzdən
Qalın tükləri olsada pişiklərində qış aylarında isti mühitə ehtiyacı
Yemək zamanı su içməyin həm üstünlükləri, həm də çatışmazlıqları
"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1
Bank of America analitikləri 2025-ci ilin ikinci yarısında qızılın unsiya
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından